Mehriban Əliyeva ümidsiz aktyora yardım edib

Mehriban Əliyeva ümidsiz aktyora yardım edib

Heydər Əliyev Fondu böyrək çatışmazlığından əziyyət çəkən gənc aktyor Rəhim Rəhimovun əməliyyat və müalicə xərclərini öz üzərinə götürüb.



"Report"a Rəhim Rəhimov məlumat verib. Aktyor qeyd edib ki, əməliyyat xərclərinə kömək göstərilməsi üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva məktubla müraciət edib: "Məktubuma müsbət cavab verilib. Əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Məktubuma diqqətlə yanaşdığına və göstərdiyi köməkliyə görə Mehriban xanıma təşəkkür edirəm. Əməliyyatın sentyabrda olması nəzərdə tutulub. İndi növbəmi gözləyirəm".

R.Rəhimov bildirib ki, hazırda müalicəsi davam edir və əvvəlki vaxtlarla müqayisədə əziyyəti normaldır:

"Həkimlərin məsləhəti ilə gəzintiyə çıxıram. Hətta həkimlər işə çıxmağıma icazə verib və sentyabrda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına qayıdacam".

Aktyor bildirib ki, həkim ona bəzi məhdudiyyətlər də qoyub: "Mənə çevik hərəkətlər etmək, tərləmək, ağır iş görmək qətiyyən olmaz. Səhnədə çevik hərəkətlər etmək və tərləmək həmişə olur. Amma çalışacam ki, yüngül hərəkətlər tələb edən tamaşalarımdan oynayım".

Qeyd edək ki, xəstə olduğu müddətdə ona bütün teatrların kollektivlərinin baş çəkdiyini deyən R.Rəhimov onu unutmayanlara təşəkkürünü bildirib.

Mövzuya aid fotolar:

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...