Ərimin yataq xəstəsi olduğunu bilib mənə əxlaqsız təkliflər edirlər

Ərimin yataq xəstəsi olduğunu bilib mənə əxlaqsız təkliflər edirlər
Təranənin (ad şərtidir) 33 yaşı var. İki övlad anasıdır. Qızının 5, oğlunun 7 yaşı var. Orta təhsillidir və 8 ildir sevdiyi Rizvan bəylə ailəlidir. Dediyinə görə Rizvan bəylə ailə qurmasına nə onun, nə də həyat yoldaşının valideynləri razılıq verməyiblər. Amma ailələrin bu izdivaca qarşı çıxmasına rəğmən, qoşulub qaçıblar. Evlilik həyatının ilk illərində hər şey qaydasında imiş. Rizvan da Təranə kimi orta təhsillidir. Ancaq ailəsinə, övladlarına bağlı adamdır. Təranə deyir ki, iki il öncəyədək həsəd aparılacaq ailələrdən sayılırmışlar. Elə Təranəyə inansaq, indi də belədir. Sadəcə, Rizvanın səhhətində yaranan qəfil problem ailəni çətin duruma salıb: "İki il əvvəl Rizvan böyrəyindən şikayətlənməyə başladı. Həkimə apardıq, məlum oldu ki, böyrəyin biri sıradan çıxıb, o biri də yaxşı işləmir. Olub qalanımızı töküb müalicə etdirdik. İndi də müalicəsi davam edir. İki gündən bir dializə aparıram. Amma böyrək köçürülməlidir. Donorumuz var, amma bu əməliyyata ən azı 10 min manat lazımdır". Təranənin sözlərinə görə, yaxın aylaradək xadimə işləyirmiş. Amma həyat yoldaşı xəstəxanada olduğu müddətdə bir neçə gün onun yanında qalmalı olur və buna görə də işlədiyi yerin rəhbərliyi onu işdən uzaqlaşdırır: "Üç aydır işləmirəm. Maddi durumumuz getdikcə pisləşir. Yoldaşımın da aqibətinin necə olacağı bəlli deyil". Qəhrəmanım maddi çətinlik ucbatından pis yola düşən qadınlara səslənir. Deyir ki, heç nə insanın namusundan üstün deyil: "Ərimin xəstə olduğunu bilib mənə müxtəlif təkliflər ediblər. Daha doğrusu, kimlərdənsə xəbər göndəriblər. Xəbəri gətirən adama demişəm ki, heç elə bil bu sözü eşitməmisən. Halbuki o təkliflərdən birini qəbul etsəydim, indi uşaqlarımın qarnının dərdini çəkməzdim. Hazırda iş axtarıram. Xadimə işi olsa daha yaxşı. Çünki bunu daha yaxşı bacarıram. Bir daha deyirəm ki, beş gün rahat yaşamağa görə namusunuzu ləkələməyin. Ən azından övladlarınızı düşünün"

Mənbə: qadinlar.biz

Şərhlər 5

  1. valeh
    valeh - 2 iyun 2016 21:33
    salam eyer onun sizde nomresi varsa zehmet olmasa deki o xanimna onuncun iw tapim ayi 400 m
  2. n.n.
    n.n. - 2 iyun 2016 11:55
    Sitat: Romeo
    Aferin

    jgj
  3. asif
    asif - 2 iyun 2016 10:19
    Çoxsağol qəşəy qız aylənə sahib çx
  4. Anar
    Anar - 2 iyun 2016 10:10
    Xadime ishci axdariram nece vaxdi Menimle elaqe saxlasin
  5. Romeo
    Romeo - 1 iyun 2016 22:29
    Aferin
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...