Neftçalada şəhid gizirin medalı ailəsinə təqdim edilib - FOTO

Neftçalada şəhid gizirin medalı ailəsinə təqdim edilib - FOTO

Neftçala rayonunda şəhid gizirin 40 mərasimində təltif olunduğu medal ailəsinə təqdim edilib. "Report" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin (RİH), Müdafiə Nazirliyinin (MN) rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.



Mərasimdə Azərbaycan ordusunun şəhid olan 22 yaşlı giziri Elmdar Səfərovun qısa, lakin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində gedən qısamüddətli döyüşlərdə əsl qəhrəmanlıq göstərib və ölümü ilə Vətənə layiq övlad olduğunu bir daha təsdiqləyib.

Sonra şəhid gizirin məzarı ziyarət olunub. Prezidentin sərəncamı ilə şəhidin təltif olunduğu "3-cü dərəcəli xidmətə görə" medalı anasına təqdim edilib.

Qeyd edək ki, şəhid gizir Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Onun cənazəsi doğulduğu Neftçalanın Aşağı Qaramanlı kənd qəbristanlığında torpağa tapşırılıb.

Mövzuya aid fotolar:

Mənbə: report.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...