Turistlər ən çox hansı rayonlarımıza gedirlər?

Turistlər ən çox hansı rayonlarımıza gedirlər?
Ölkəmizdə yay turizm mövsümü ərzində turistlərin ən çox səfər etdikləri bölgələrin adları açıqlanıb.

Bu barədə azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov məlumat verib. Onun sözlərinə görə, respublikamızda 6-7 turizm regionu olsa da, turistlər daha çox 3 regiona üstünlük verirlər: “Bunlar şimal-şərq (Quba, Qusar, Xazmaz, Nabran), şimal-qərb (Şamaxı, Qəbələ, Şəki, Zaqatala) və çənub zonalarıdır (Lerik, Astara, Masallı). Statistikaya görə, turistlər daha çox şimal-şərq rayonlarına səfər edirlər. Bu siyahıda ikinci yeri şimal-qərb, üçüncü yeri isə cənub rayonları tutur”. Hər zona üzrə turist xidmətlərinin qiymətlərinin fərqləndiyini bildirən azərbaycan Turizm Assosiasiyasının rəsmisi qeyd edib ki, bu qurum azərbaycanın bölgələrinə həm daxili, həm də xarici turistləri daha çox cəlb etmək üçün qiymətlərin aşağı salınmasını tövsiyə edir: “Bizim aldığımız məlumatlara görə, regionlarda turizm xidmətlərinin qiymətləri ötən illə müqayisədə yaxşı olmalıdır. Gün ərzində 3 dəfə yemək daxil olmaqla, 25-30 manata bəzi hotellərdə yerləşmək mümkün olacaq. Bəzi hotellər bu qiymətə gün ərzində 3 dəfə yemək vermək üçün müzakirələr aparırlar”. M. Ağakərimovun dediyinə görə, 25-30 manata əsasən şimal və şimal şərq zonasında dincəlmək mümkün olacaq. O, turizm obyektlərində yeməklərin qiymətlərinin səviyyəsindən razı qalmadığını da söyləyib: “Açıq deyək ki, yeməklərin qiymətləri bir qədər bahadır. Əvvəllər rayonda yeməklərin qiymətləri o qədər baha deyildi. İndi turistlərin axını ilə əlaqədar yeməklərin qiymətləri dəyişib. Biz də tövsiyə edirik ki, turistlərin daha çox gəlmələri üçün yeməklərin qiymətləri istədiyimiz səviyyədə olsun”.

M.Ağakərimov hesab edir ki, yeməklərin qiymətlərinin azaldılması turistin gündəlik xərclərini də azaldar.

Assosiasiya sədrinin müşavirinin sözlərinə görə, yerlərdə turist obyektləri turistləri maraqlandıran əlavə xidmətlər - müxtəlif ekskursiyalar, əyləncəli proqramlar təşkil etməlidirlər: “Biz həmişə bildiririk ki, turistləri cəlb etmək ancaq yemək və yatmaqdan ibarət deyil. Yerlərdə turistləri maraqlandıran dequstasiyalar, çay dəstgahları təşkil oluna bilər. Məsələn, Qəbələdə şərab, Şəkidə şirniyyat dequstasiyası etmək olar”.

Mənbə: / WseMir.CoM
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...