Şok: Azərbaycanda dilənçi qızlara əxlaqsızlıq "şərt"i

Şok: Azərbaycanda dilənçi qızlara əxlaqsızlıq "şərt"i azərbaycanda dilənçiliklə məşğul olan yeniyetmə qızlar insan alverçiləri tərəfindən qrup seks biznesində istifadə edilir. wsemir,.com movqe.az-a istinadən bildirir ki, bunu "Qadın Krizis Mərkəzi"nin rəhbəri Mətanət Əzizova söyləyib. M.Əzizova bildirib ki, bu barədə insan alveri qurbanları məlumat veriblər: "İnsan alveri qurbanları ilə söhbətdə onlar təsdiqləyirdilər ki, onların çalışdığı otellərə və kiçik kafelərə yeniyetmə dilənçi qızlar gətirilirdi. Həmin qadınların söylədiyinə görə, o qızlar daha çox qrup sekslərdə istifadə edilirmiş. Həmin qaraçı qızların içərisindən qəşənglərini seçib müəyyən şəxslər tərəfindən maşınla Bakıda müxtəlif ünvanlara sifarişlər üçün aparılırmış. Əvvəllər dilənçiliklə məşğul olan qızlar deyirmişlər ki, onlar küçədə dilənərkən dəfələrlə bir neçə nəfər tərəfindən belə zorakılığa məruz qalıblar".

M.Əzizova deyir ki, insan alverçiləri tərəfindən cinsi istismara məruz qalan dilənçi qızlar həmin qadınlara şok faktlar açıqlayıb. Bildiriblər ki, onların 10 yaşından sonra bakirəlikləri pozularaq fahişəliyə hazırlanırmışlar: "İnsan alveri qurbanı olan qadınlarla söhbətdə o da məlum olub ki, yeniyetmə dilənçi qızlar on nəfərlik qrup seks biznesində istifadə edilərək dəhşətli cinsi istismara məruz qoyulurmuş".

M.Əzizova dilənçi qızlarla yanaşı, insan alverçiləri tərəfindən yeniyetmə oğlanların da cinsi istismar edilməsi faktlarının olduğunu söyləyib: "Dilənçiliklə məşğul olan uşaqların, ümumiyyətlə, yaş həddinə görə, istismar növü dəyişir. 10 yaşınadək həmin qızlar dilənməyə məcbur edilirsə, 10 yaşdan sonra onlardan fahişəlik etmək üçün istifadə edilir. Ən pisi isə odur ki, bu qızlar öz hüquqlarını qorumaq üçün hüquq mühafizə orqanlarına müraciət etmədiklərindən onların cinsi istismarı davam edir".

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...