Lisenziyasız, qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı problem ən aktual problem olaraq qalmaqdadır

Lisenziyasız, qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı problem ən aktual problem olaraq qalmaqdadır.
Bu, əslində vergidən yayınmaq deməkdir»

Bunu Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov söyləyib.

N.Həsənov deyib ki, taksi fəaliyyəti ilə məşğul olanların ilk növbədə 5 illik lisenziyası olmalıdır. Bu lisenziya üçün 150 manat, beynəlxalq daşımalar üçün 200 manat ödəniş olunmalıdır. Aylıq fərqlənmə nişanına görə də qazanca görə vergi verilməlidir. Eyni zamanda, həmin şəxs müvafiq dövlət standartına uyğun olaraq avtomobilini xüsusi formaya salmalı, eyni zamanda avtomobildə sayğac və POST-terminal quraşdırılmalıdır. POST-terminallar nağd ödənişin aradan qaldırılması üçündür: «Bu tələblərin hamısı yerinə yetirilməsə, taksi fəaliyyəti qeyri-qanuni sayılır. Lisenziyasız fəaliyyətə görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat cərimə nəzərdə tutulur. Sonra da KİV-də düzgün olmayan fikir formalaşdırırlar ki, guya Nəqliyyat Nazirliyi Departamentinin işçiləri sürücüləri incidirlər. Qanun tələbi odur ki, lisenziyanı al, sonra da fərqlənmə nişanına görə vergini ödə. Taksi fəaliyyətinə sonuncu peşə kimi baxmaq olmaz. Yaponiyada taksi sürücüləri əllərinə ağ əlcək geyinərək sükan arxasına keçirlər. Londonda 3 min obyektin adını bilməyən adama sürücülük etməyə icazə vermirlər».

Nəqliyyat Nazirliyi Katibliyinin rəisi bildirib ki, Avropa Olimpiya Oyunlarına qədər Bakıda London taksilərinin sayı yavaş-yavaş artırılacaq. O, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanları lisenziya almağa çağırıb: «Ümumiyyətlə, Bakıda insanlara xidmət etmək üçün 5 min taksi kifayət edir. Lisenziya alanların sayı hələ 5 minə çatmayıb, qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar tələsib lisenziya ala bilərlər. Amma hazırda Bakıda tələbatdan 3 dəfə çox, 15 mindən artıq qeyri-qanuni taksi fəaliyyəti göstərən var. Onların sayını dəqiq demək mümkün deyil, çünki taksi «şapka»sını qoyur, bizim Nazirliyin işçilərini görəndə götürürlər. Bir növ partizan üsulu ilə çalışırlar. Xüsusən sovet avtomobilləri sərnişin daşımaq üçün heç bir parametrə uyğun gəlmir».

Mənbə: Mir.Az

Şərhlər 2

  1. Ziyarətçi Deniz
    Ziyarətçi Deniz - 5 aprel 2016 05:34
    Man bununla razi deyilem menim inkan yoxdu masini deyismeye liseziya almaxa demeli men olmeliyem
  2. Fuad
    Fuad - 3 noyabr 2015 04:21
    )) sovet bashka russiya bashka
    russiyada istesal olan mashinlar ( lada qranta.lada priora+lada vesta) evro4 standrtlara cavab verir)
    2 edet tehlikesislik yastiqlari + abs
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...