DİQQƏT: Hərbi xidmətdə olanlar iyulun 30-na qədər... - POLKOVNİK AÇIQLADI

DİQQƏT: Hərbi xidmətdə olanlar iyulun 30-na qədər... - POLKOVNİK AÇIQLADI

Təxlis olunması gözlənilən hərbçilərimizin bir hissəsi evlərinə buraxılmayıb. Onlara bir müddət hərbi hissədə qalacaqları barədə məlumat verilib.



Bununla bağlı açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, son bir neçə ildir təxlis zamanı hərbçilərinin hamısı birdəfəlik buraxılmır:

“Hərbçilər 3-4 qrupa bölünüb, ayrı-ayrı vaxtlarda təxlis edilir. Bu, nədən irəli gəlir? Bilirsiniz ki, hərbi komisarlıqlardan hərbi hissəyə gələn çağırışçılar qrup şəklində gəlirlər. Yəni, hamısı bir zamanda gəlmir. Bizim əsas hərbi hissələrimiz cəbhə bölgəsində yerləşir. Cəbhə bölgəsində yerləşən hərbi hissələr çağırışçılar gəlmədən hərbçilərini buraxarsa, boşluq yaranacaq. Ona görə də, mərhələli şəkildə təxlis olunma həyata keçirilir.

Təbii bir prosesdir

Bilirsiniz ki, Ali Baş Komandanın əmri ilə iyulun 1-dən 30-dək çağırış dövrüdür. Eyni zamanda, ayın 30-dək xidmət etmiş hərbçilər evə buraxılacaqlar. Ona uyğun hazırda müəyyən bir qrafik qurulub. Gənc əsgərlər hərbi hissəyə gəldikcə, digər hərbçilər təxlis olunurlar. Hərbi hissələrdə gecikmə bununla bağlıdır. Onları hanısa bir səbəbdən hərbi hissədə saxlamağa ehtiyac yoxdur”.

Mənbə: Metbuat.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...