Etibarnamə ilə maşın sürənlərin nəzərinə

Etibarnamə ilə maşın sürənlərin nəzərinə

Etibarnamə ilə avtomobil idarə edənlər diqqətli olun. Hər an avtomobilə qoyulmuş həbs və ya ödənilməmiş cərimələri avtomobilin əsl sahibinə yox sizə ödətdirə bilərlər. Bəs belə hallarla rastlaşmamaq üçün nə etmək lazımdır? Sualımıza ekspertlər cavab verib.



Zərərçəkmiş Pərvin Nəsirov avtomobili cərimə meydançasından çıxarmaq üçün 700 manata yaxın pul ödəyib.

Vətəndaşlar avtomobil aldıqdan sonra qeydiyyata sərf ediləcək vaxta və məbləğə qənaət niyəti ilə etibarnamə üsulunu seçirlər. Amma bəzən bu xoşa gəlməz hallara səbəb olur. Pərvin Nəsirovun aqibəti kimi.

Ekspertlər bildirir ki, belə halla üzləşən sürücü avtomobilin sahibini tapa bilmirsə və cəriməni ödəməkdən imtina edirsə onu mütləq məhkəməyə verməlidir. Məhkəmə qərarı ilə, ödənilməmiş cərimələrin tarixi və etibarnamənin verilmə tarixinə baxılır. Əgər həqiqətən də cərimələr ikinci şəxsdən əvvəl olubsa avtomobilin ilk sahibi tərəfindən cərimə ödənilməlidir. Məhkəmə prosessi bəzən uzandığından aylarla və yaxud da illərlə avtomobilsiz qalma ehtimalıda böyükdür.

Ümumiyyətlə etibarnamə ilə avtomobil idarə etmək təhlükəlidir. Məsələn avtomobilin əsl sahibi dünyasını dəyişərsə etibarnamə avtomatik ləğv olunur və əmlak hüququ onun varislərinə keçir. Ekspertlər etibarnamə ilə avtomobil alanlara diqqətli olmağı tövsiyə edirlər.

Mənbə: Bizimyol
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...