Qumarla “BMW” aldığı deyilən azərbaycanlı danışdı – FOTO

Qumarla “BMW” aldığı deyilən azərbaycanlı danışdı – FOTO

“Həyatımda bütün uğurlara öz zəhmətimlə çatmışam, qumarla yox”



Dünən ölkə mətbuatı qumardan 4,5 milyon rubl udub özünə “BMW” və digər bahalı əşyalar alan azərbaycanlı tələbədən yazıb.

Barəsində danışılan Hüseyn Rzazadə bütün bunların ağ yalan olduğunu açıqlayıb: “Guya ki, mən “BMW” almışam qumar hesabına. Ruslar hansısa onlayn qumar saytını reklam etmək üçün hekayə uydurub, mənim fotolarımdan istifadə edərək cəfəng bir yazı hazırlayıblar. Bizin yerli saytlar da araşdırmadan həmin yazını tərcümə edərək tirajlayıblar. Yalandan özlərindən hekayə qurublar bu ruslar öz onlayn qumar saytlarını reklam etmək üçün və bizim saytlar da onların xəbərlərindən yararlanaraq tərcümə edib bütün xəbər portallarında mənim şəkillərimdən istifadə edərək yayıblar. Bildirirəm ki, mənim adım həmin yazılarda qeyd edildiyi kimi Cabbar Nəsibov yox, Hüseyn Rzazadədir. Bu avtomobil isə bir ildir ki, məndədir, qumar hesabına yox, zəhmətim hesabına almışam. Ümumiyyətlə, bütün uğurlarıma görə zəhmət çəkmişəm. Yazılanlar uydurma və cəfəngiyyatdır, məni tanıyanlar necə biri olduğumu bilirlər. Bu, biabırçılıqdır”.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...