Azərbaycanda bu dövlət idarəsi 1500 işçi axtarır - AÇIQLAMA

Azərbaycanda bu dövlət idarəsi 1500 işçi axtarır - AÇIQLAMA

Hazırda dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var.



Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

M.Abbaszadə əlavə edib ki, hazırda DİM-də dövlət qulluğu üzrə 1500-dən çox vakant yer var:

"Kimsə fikirləşə bilər ki, dövlət qulluğunda yalnız hüquqşünas kimi ixtisaslar üzrə kadrlar tələb olunur. Lakin dövlət qulluğunda müxtəlif sahələr üzrə kadrlara ehtiyac var. İndi informasiya texnologiyaları üzrə vakansiyalara daha çox ehtiyac var. Bu vakansiyalar haqqında məlumatı bizim saytdan əldə etmək mümkün olacaq".

M.Abbaszadənin sözlərinə görə, dövlət qulluğuna qəbul 10 ildən çoxdur ki, müsabiqə yolu ilə aparılır:

"Hazırda dövlət qulluğu vəzifəsini tutanların 6 mindən çoxu bu vəzifələri müsabiqə yolu ilə tutub".

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...