"Quranda namaz yoxdur..." - Sabiq nazirdən ŞOK AÇIQLAMA

"Quranda namaz yoxdur..." - Sabiq nazirdən ŞOK AÇIQLAMA

Türkiyədə sabiq nazir Namiq Kamal Zeybek qonaq olduğu bir TV proqramında aparıcının dinlə bağlı suallarını cavablandırıb.



Nazir namaz qılmayanların heyvan olduğunu deyən professora "İmam Xətib məktəblərində hazırda namaz qılma nisbəti 17 faizdir, demək ki, qalanları heyvandır. Bu gün nazirlərin, millət vəkillərinin bir çoxunun namaz qılmadığını hər kəs bilir. İndi namaz qılmadıqlarına görə onlar heyvandırlarmı?” cavabını verib.

Sabiq nazir, həmçinin namazla bağlı maraqlı açıqlamalar verib: "Qurani Kərimdə namaz deyə bir söz yoxdur. Namaz kəlməsi ərəb dilində də yoxdur. Bu gün ərəblər namaz deməzlər, bəzən salat, bəzən zikr deyilir. Zərdüşt dinində ibadətin adı namazdır. Quranda namaz deyə bir kəlmə yoxdur".

Türklərin İslamı Ərəblərdən deyil, Zərdüştlükdən öyrəndiyini söyləyən Zeybek namazın İslamda deyil, Zərdüşt dinində mövcud olduğunu bildirib. Zeybek, "Zərdüşt dinində ibadətin adı namazdır" - deyib: "Quranı Kərimdə namaz deyə bir söz yoxdur. Bilənlər çoxdur, amma bir çox insana qəribə gələn bir ifadədir. Namaz kəlməsi Ərəb dilində də yoxdur. Bu gün Ərəblər namaz deməzlər, bəzən salat bəzən zikr deyilir. Salat dua deməkdir. Biz Türklər Müsəlmanlığı Ərəblərdən de Farslardan öyrəndik. Daha doğru Fars dediyimiz bu icma daxilində Tacik deyə bir xalq var. Tacik xalqını yaradan da Samaniyan deyə tanınan, Firdovsinin Şahnaməsini yazdığı dövrdə İbn Sinanın yetişdiyi mühit. Biz onlardan öyrəndiyimiz üçün onlar nə deyirsə, onu dedik. Onlar qədimdən Zərdüşt dininə mənsub idilər, etiqadlarının adına da namaz deyərdilər. Zərdüşt dinində ibadətin adı namazdır. Quranda namaz deyə bir söz yoxdur. Vaxt məsələsi isə mübahisəlidir. Namaz ilə bağlı günün əvvəlində və sonunda tanrıya yaxınlaşın, salatda olun deyə bir ifadə var. Salatın da çox müxtəlif mənası var".

Moderator.az sabiq nazir Namiq Kamal Zeybekin qonaq olduğu həmin TV proqramının videosunu da təqdim edir:

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...