Torpaqlar belə azad ediləcək - Lokal müharibə TAKTİKASI

Torpaqlar belə azad ediləcək - Lokal müharibə TAKTİKASI


"Anti-terror gücləri Donbasın işğal edilmiş ərazilərinin azad edilməsi üçün tammiqyaslı hücuma keçə bilmir. Amma problemin həllinin başqa taktikası mövcuddur".
Bunu "Obozrevatel" nəşrinə şərhində hərbi ekspert Sergey Qrabskiy deyib.



"Tammiqyaslı döyüş əməliyyatlarını keçirmək olmaz, amma lokal əməliyyatlar keçirmək, rəqibin əsas nöqtələrinə təzyiq göstərmək tamamilə mümkündür. NATO-da da bunu öyrənirlər", - hərbi ekspert hesab edir.
Onun sözlərinə görə, bu taktika rəqibin müdafiəsini kifayət qədər zəiflədəcək: "Bu halda Ukrayna gücləri rəqibi sıxışdıraraq lokal əməliyyatları həyata keçirə biləcək. Elə şərait yaradılmalıdır ki, rəqib işğal edilmiş şəhərləri saxlaya bilməyərək oranı tərk etsin".
Daha əvvəl Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib ki, Ukrayna Donetsk və Luqanskı güc metodları ilə azad etməyəcək.
Aprel ayında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Donbasda təhlükəsizlik güclərinin hücumunu elan edib. O, hərbiçiləri metr-metr şərqə irəliləməyə çağırıb.
"Donbasın işğal edilmiş ərazilərinin Rusiya qoşunlarından təmizlənməsi üçün Ukrayna Silahlı Qüvvələrinə yalnız bir ay vaxt lazımdır. Svetlodarsk və Avdeyevka ərazilərində döyüşlər aydın göstərdi ki, bizim ordumuz hibrid Rusiya qoşunlarından əhəmiyyətli dərəcədə güclüdür. Donbas ərazisini tamamilə təmizləmək üçün bizə bir ay vaxt lazımdır", - o vurğulayıb.
Daha əvvəl isə Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov bildirib ki, Ukrayna təhlükəsizlik gücləri Kiyevin nəzarətində olmayan ərazilərin qaytarılmasına hazır olmalıdır. Onun sözlərinə görə, Kiyev hakimiyyətində Donbasın azad edilməsi üzrə konkret plan var.

Mənbə: publika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...