Tükürpədici hadisə! Dostunun arvadını qaçırtdı: "Uşaqlar sənə əmanət"

Tükürpədici hadisə! Dostunun arvadını qaçırtdı: "Uşaqlar sənə əmanət"

Adanada özəl bir kollecin şagirdlərini daşıyan mikroavtobus sürücüsünün eyni avtomobildə nəzarətçi olan 3 uşaq anasını qaçırdığı iddia olunub.



Qadının əri Gökhan H. arvadını qaçıranın sıradan bir sürücü olduğunu desə də, həmin şəxsin ailəvi tanışları olduğu məlum olub.

Seyhan mahalı, Mavi Bulvarda meydana gələn hadisədə özəl bir kollecin şagirdləri daşıyan mikroavtobusunda nəzarətçi işləyən 3 uşaq anası Mehtap H. (29) 16 may günü səhər saat 10.00 radələrində "Rəfiqəmlə yeni iş axtarmaq üçün görüşəcəyik", - deyərək evdən çıxıb. Daha sonra qadın yoxa çıxıb. Bundan sonra mağazada çalışan əri Gökhan H. (36) yoldaşının anasına zəng edərək onu soruşub. Anası da qızıyla səhər görüşdüyünü, bir rəfiqəsi ilə iş axtarmağa getdiyini söyləyib. Bundan bir müddət sonra gənc qadının bacısının telefonuna: "Mən Mehmetəm, bacın mənim yanımdadır, uşaqlar sizə əmanət" , - deyə mesaj gəlib. Gökhan H. bu mesajdan sonra polisə gedərək yoldaşının şagirdlərin üzərində nəzarətçi olaraq çalışdığını, Mehmet B. -nin həyat yoldaşını qaçırdığını irəli sürərək müraciət edib. Edilən müraciətdən sonra polislər gənc qadın və şübhəlinin axtarışına başlayıblar. Bir müddət sonra yenidən gəlinin bacısının telefonuna zəng gəlib. Telefonunu açdığında Mehtap H. "Bacı, məni xilas edin", - dedikdən sonra telefon söndürülüb.

Gökhan H. yoldaşının həyatından narahatlığını ifadə edərək "Mənim həyat yoldaşım qaçırıldı, qaçmadı. Bunu da birlikdə çalışdığı və bizimlə ailəvi gediş-gəlişi olan, evli, 3 uşaq atası olan biri etdi. Mən də 3 uşaqla baş-başa qaldım. Uşaqlarım analarını soruşur, cavab verə bilmirəm. Tez bir zamanda yoldaşımın tapılmasını istəyirəm. Bu şəxs yoldaşıma iş tapacağını söyləyərək aldadıb qaçırdı", - deyib.

Polis şübhəlini və qadını tapmaq üçün istintaqa başlayıb.

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...