Əhaliyə şad xəbər- Pulsuz olacaq

Əhaliyə şad xəbər- Pulsuz olacaq

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü tamaşaçıların elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.



"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 22 may tarixində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

Belə ki, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin "Koroğlu" dayanacağından Bakı sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS" markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...