Prezidentin sərt xəbərdarlığından sonra — Sərəncamı geri çəkdi

Prezidentin sərt xəbərdarlığından sonra — Sərəncamı geri çəkdi

Yasamal rayonu ərazisində, Həsənbəy Zərdabi küçəsində yerləşən “Ovçular evi”nin ərazisində çoxmərtəbəli kompleksin tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətinin verdiyi icazə qüvvədən salınıb. Onun yerində park salınacaq.



Bakı şəhər İcra Hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, Bakı sakinləri üçün salınacaq yeni istirahət məkanının adı “Mədəniyyət park”ı adlanlandırılacaq və onun tikintisi bir neçə aya yekunlaşacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raquf Mirzəyev bildirib ki, Mətbuat prospektində ağacların kütləvi şəkildə məhvinə dair məlumat nazirliyin qaynar xəttinə aprelin 13-də daxil olub: “Nazirliyin əməkdaşları əraziyə baxış keçirdikdən sonra 27 fərqli ağacın bioloji ziyan aldığını, daha 52 ağacın isə məhv edildiyini aşkarlayıblar”.

R.Mirzəyevin sözlərinə, araşdırma zamanı müəyyən edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və "A-3 Sənaye Tikinti Korporasiyası" MMC tərəfindən orada tikinti işlərinə başlanılıb: "Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar. Nəticədə ərazidə yaşıllıq məhv edilib. Bu səbəbdən də “A-3 Sənaye Tikinti Korporasiyası” MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 min 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 min 760 manat cərimə kəsilib”.

Bütün bunlardan başqa, 30 min üzvü olan “Ovçular Cəmiyyəti”nin taleyi sual altında qalıb.

Birliyin sədri Füzuli Əşrəfov “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, onlara Xaqani küçəsində yer ayrılıb: “Daha ətraflı məlumatı yaxın günlərdə paylaşacağıq”.

Mövzuya aid fotolar:

Mənbə: olke.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...