“Hay ver mənə, cənab leytenant“ – Şəhid pilotun həyatı (FOTOLAR)

“Hay ver mənə, cənab leytenant“ – Şəhid pilotun həyatı (FOTOLAR)

Aprel döyüşlərində şəhid olan pilot baş leytenant Əbu Bəkr İsmayılova həsr olunmuş kitabın təqdimatı keçirilib.




Bilik Fondunda baş tutan kitabın təqdimatında millət vəkilləri, yazıçılar, şəhidin ailə üzvləri və şəhid olmuş digər pilotumuz Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə və başqaları iştirak edib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. "Hay ver mənə, cənab leytenant" adlı kitabın müəllifi filalogiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı kitabın yaranması ideyasından və şəhid pilotun keçdiyi həyat yolunun örnək olmasından danışdı.

Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas bu cür kitabların orta məktəblərdə tədris vəsaiti kimi istifadə edilməsinin vacibliyini vurğuladı.

Əməkdar jurnalist Flora Xəlilzadə kitabı oxuduqdan sonra çox kövrəldiyini və bütün cəmiyyətin şəhid analarının qarşısında baş əydini bildirdi. O aprel döyüşlərində qazanılan qələbənin ardının Şuşada davam etdirilməsinin ən böyük arzusu olduğunu söylədi.

Xalq artist Eldost Bayramovun şəhid pilota həsr olnmuş kitabdan bir hissəni oxuması tədbir iştirakçılarına duyğulu anlar yaşatdı.

Çıxış edənlər bu cür kitabların daha çox yazılmasının və təbliğat olunmasının vacibliyini bildirdilər.

Təqdimatdan fotoları təqdim edirik:

Mövzuya aid fotolar:

Mənbə: femida.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...