DİQQƏT: MİLLİ MƏCLİSİN SABİQ DEPUTATI CEYHUN OSMANLIYA YÜKSƏK VƏZİFƏ VERİLDİ

DİQQƏT: MİLLİ MƏCLİSİN SABİQ DEPUTATI CEYHUN OSMANLIYA YÜKSƏK VƏZİFƏ VERİLDİ

Milli Məclisin sabiq deputatı Ceyhun Osmanlı Odlar Yurdu Universitetinə prorektor vəzifəsinə təyin edilib.



Bu barədə məlumatı C.Osmanlı təsdiq edib.

Xatırladaq ki, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev də xəbər saytlarına Ceyhun Osmanlının universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirmişdi.

Bu gündən Ceyhun Osmanlının Odlar Yurdu Universitetində Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsini icra edəcək.

Qeyd edək ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Deputat olduğu dövrdə Avropa Parlamenti, Avronest, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edib. Həmçinin, “İrəli” İctimai Birliyinin həmtəsisçisi və sədri olub.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin idarə heyətinin üzvü olub. Sabiq deputatın eyni zamanda Avropa Şurası Gənclər və İdman Direktorluğunda gənclər üzrə ekspert kimi iş təcrübəsi də var.

"Al Jazeera", "European Business Review", "EU Today", "EU Reporter", "Euractiv" kimi beynəlxalq media strukturlarda məqalələri dərc edilir.

Ailəlidir, 3 oğlan övladı var.

Mənbə: ölkə.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...