Son Dəqiqə: Ordumuz 30 min şəxsi heyət, 250-dən çox tank və zirehli texnika ilə...

Son Dəqiqə: Ordumuz 30 min şəxsi heyət, 250-dən çox tank və zirehli texnika ilə...

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən, bu gündən Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri başlayacaq.



Wsemir.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən çox tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, müxtəlif təyinatlı 25 döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Aprelin 21-dək davam edəcək təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək.

Təlim çərçivəsində qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlara köçürülməsi, də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması kimi tapşırıqlar icra olunacaq.

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...