Şəhid qızı atasının məzarı üstə skripka çaldı - FOTOLAR

Şəhid qızı atasının məzarı üstə skripka çaldı - FOTOLAR

Bu gün aprel döyüşlərində şəhid olan pilotlarımız mayor Urfan Vəlizadə və mayor Təbriz Musazadənin il mərasimi keçirilib.



Anım mərasimində şəhidlərin hərbçi yoldaşları, ailə üzvləri, yaxınları iştirak ediblər.
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və digər yüksək rütbəli zabitlər də şəhidlərin məzarını ziyarət edib, ailələrinə başsağlığı veriblər.

Şəhid pilot Urfan Vəlizadənin yoldaşı Könül Vəlizadə AzVision.az-a bildirib ki, geridə qalan bir il onlar üçün olduqca çətin keçib: "Urfansız çətindir. Onun üçün çox darıxıram".

Könül xanım Urfan Vəlizadənin məzarını ziyarətə gələn hər kəsə təşəkkür edib: "Bura gələn hər kəsə təşəkkür edirəm. Bizi tək qoymadılar. Hərbçi yoldaşları şəhidləri daim diqqətdə saxlayır".

Şəhidin qardaşı Vidadi Vəlizadə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

Şəhid pilot Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə atasının məzarı başında skripkada ifa edib.

Mövzuya aid fotolar:

Mənbə: azvision.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...