Başqa kişinin fotosunu bəyəndi, əri onu boşadı - Bakıda + Video

 Başqa kişinin fotosunu bəyəndi, əri onu boşadı - Bakıda + Video

Sosial şəbəkələr vasitəsi ilə tanış olub ailə quranların sayı kifayət qədər çoxdur. Ancaq həyatımıza nüfuz edən sosial şəbəkələr bir sıra hallarda xoşagəlməz nəticələrə də səbəb olur. Burada yazılan rəylər hətta bir şərhi yaxud fotonu bəyənmə ailələrin dağılması ilə nəticələnir.



Qadın sosial şəbəkədə başqasının paylaşdığını bəyəndi, həyat yoldaşı ondan boşanmaq qərarına gəldi. Əks cinsin fikrini bəyənib, rəy bildirmək bir yuvanın dağılmasına gətirib çıxarıb. Hüquqşünas Xəyal Bəşirli məhkəmədə xanımın vəkili qismində çıxış edib.

Ər xanımın facebook profilindən xəbərdar olsa da, onun kiminsə paylaşımını bəyənməsi xoşuna gəlməyib və boşanma qərarı alıb.

Sosioloq Rəşad Əsgərov qeyd edir ki, bu səbəbdən ailənin dağılması, cəmiyyətimizdə sosial şəbəkələr qarşı yanlış yanaşmadan irəli gəlir. Yəni kifayət qədər əlverişli sayılabiləcək sosial şəbəkə əslində başqa məqsədlərlə istifadə edilir və nəticədə fərdlər arasında fikir ayrılığı, münasibətlərdə ziddiyyətlər yaranır.

Məhz bu yanaşmalar Azərbaycan ailəsində əsasən kişilərin xanımına sosial şəbəkələrə qarşı məhdudiyyət qoyması ilə nəticələnir. Elə bu səbəbdəndir ki, xanımın sosial şəbəkədə kiminsə şəklini bəyənməsi boşanmaya gətirib çıxarır.
Reklamları Keç » » » »
Hazırlanır zəhmət olmasa gözləyin.

Mənbə: xezerxeber.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...