Azərbaycanda tanınmış həkimin evinə gecə saatlarında BASQIN FOTOLAR

Azərbaycanda tanınmış həkimin evinə gecə saatlarında BASQIN FOTOLAR

Lənkəranda məşhur həkimin evinə basqın edilib. Hadisə rayonunun Xolmili kəndində gecə saatlarında baş verib.



Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğlu ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.V.Səfərov reanimasiya şöbəsinə yerləşdirilib.
Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir və rayonun tanınmış terapevtlərindən sayılır. Qohumlarının bildirdiyinə gõrə, hadisəni evə qarət məqsədi ilə girmiş şəxs və ya şəxslər törədə bilər. Ev sahibinin onların gəlişindən xəbər tutduğunu görəndə isə, onun başına küt alətlə zərbə endirilib.
Faktla bağlı Lənkəran şəhər rayon Polis şöbəsində araşdırmalara başlanıb. Hələlik saxlanılan yoxdur.

Mövzuya aid fotolar:

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...