Qan, xaos və... - "İnqilabların atası"ndan Putinə MESAJ

Qan, xaos və... - "İnqilabların atası"ndan Putinə MESAJ

Qırğızıstan prezidenti Almazbek Atambayev martın 15-də Efiopiya, Əfqanıstan və Hindistan səfirləri ilə görüşdə Rusiya jurnalistlərini kəskin tənqid etdi. Prezident onlara öz vətənində demokratiyanın vəziyyəti üçün narahat olmağı və Qırğızıstanın işlərinə müdaxilə etməməyi məsləhət gördü. Daha əvvəl isə Rusiya jurnalisti Qriqori Mixaylov Qırğızıstandan deportasiya edildi.



Mərkəzi Asiya respublikasının başçısı nədən ehtiyat edir?
"Qırğızıstan qaranlığı" bizə Nyu-York və Moskvadan daha əzizdir!
Atambayev martın 15-də səfirlərin etimadnamələrinin qəbul edilməsi mərasimində jurnalistlərə qarşı qəzəbli nitqlə qəflətən coşdu. Respublika başçısı çox emosional idi. "Onlar çarəsizlikdən Qırğızıstanda yaşayırlar, çünki onlar başqa ölkələrdə lazım deyillər. Onlar bizim vətənimizi "Qırğızıstan qaranlığı" adlandırırlar. Prezident birbaşa hədəf seçdi və göstərdi ki, jurnalistlərə haradan rəhbərlik edirlər.
"Qırğızıstan qaranlığı" bizə Moskva, Nyu-York və Praqadan daha əzizdir. Əgər siz demokratiya üçün belə narahat olursunuzsa, öz vətəniniz - Rusiyadan başlayın! ABŞ Dövlət Departamenti və "Azadlıq" radiosunun oyunları da bizə kifayət edər", - prezident hirsli danışırdı.
Keçən həftə məlum oldu ki, "Regnum" informasiya agentliyinin baş redaktoru, rusiyalı Qriqori Mixaylov Qırğızıstandan çıxarılıb. Jurnalisti sənədlərin yoxlanılması adı ilə küçədə dayandıraraq qeydiyyatın yenilənməsi və ölkəyə təkrar giriş üçün sərhədə gətirdilər. Ancaq pasport nəzarətindən keçən vaxt aydın oldu ki, Mixaylov respublikaya girişi qadağan edilən adamların siyahısına daxil edilib. İzahat üçün Rusiya vətəndaşına Qırğızıstan Xarici İşlər Nazirliyinə müraciət etməyi təklif etdilər.

Qan, xaos və... - "İnqilabların atası"ndan Putinə MESAJ

Bişkek jurnalistin ölkədən çıxarılmasının səbəblərini elan etməyə tələsmir. Mixaylovun həmkarlarının məlumatına görə, onun hərəkəti Qırğızıstan prezident administrasiyasının xoşuna gəlməyib. Agentlik hakimiyyətin əsas siyasi opponenti - "Ata-Meken" partiyasının sədri Onurbek Tekebayevin fəaliyyətini işıqlandırıb. Sonuncu ATƏT-in Parlament Assambleyasından qayıdışdan sonra fevralda saxlanılmışdı.
Tekebayev ona qarşı açılmış korrupsiya və fırıldaqçılıq haqqında cinayət işi çərçivəsində həbs edilib. Qırğızıstan Baş Prokurorluğundan verilən məlumata görə, Tekebayev 2010-cu ildə respublikanın müvəqqəti hökumətin sədrinin müavini vəzifəsini tutarkən himayədarlıq üçün rusiyalı iş adamından milyon dollar alıb: "Rusiyalı Leonid Mayevski Qırğızıstanın "Alfa telekom" mobil operatorunun səhmlərinin 10-15 faizinə sahib olmaq istəyib. Tekebayev öhdəliklərini yerinə yetirməyib, aldığı pulları isə qaytarmaqdan imtina edərək fiziki məhv etmə ilə hədələyib".
Bu iş üzrə Tekebayevlə birlikdə "Ata-Meken" partiyasının daha bir üzvü - Qırğızıstanın Cənubi Koreyadakı keçmiş səfiri Duyşen Çotonov saxlanılıb.
Tekebayev respublikada ağırçəkili siyasətçidir. "Ata-Meken" partiyasının sədri prezident Almazbek Atambayevin keçmiş müttəfiqi olub. Prezident Konstitusiyaya dəyişikliklər təklif edəndən sonra ona qarşı müxalifətə keçib. Tekebayev 2005-ci ildə "Zanbaq inqilabı"nın liderlərindən biri olub. O, 2010-cu il inqilabında da yeni hakimiyyəti dəstəkləyib və müvəqqəti hökumətin başçısının müavini postunu tutub. Onun xidmətlərinin siyahısına həmçinin özbək separatçıları ilə mübarizə də var. 2010-cu ildə Oş şəhərində qırğızlar və özbəklər arasında silahlı qarşıdurma baş verib. Özbək icmasının lideri Kadırjan Batırovun silahlı qarşıdurma törətməkdə və separatizmdə ittiham olundu. Sonradan qarşıdurmanın qarşısı rəsmi Bişkek tərəfindən alınsa da, Batırov ölkədən qaçmağı bacarıb. Qarşıdurma nəticəsində 400 insan həlak oldu, 1000 nəfər yaralandı.

Bütovlükdə Tekebayev təcrübəli siyasi döyüşçü qismində Atambayevə qarşı durur. Birincisi, o, artıq hakimiyyətin devrilməsi təcrübəsinə malikdir. İkincisi, ehtiyac olduğu halda qəti tədbirlərə getməyə hazırdır: qan, xaos və təqib Tekebayeva üçün adət edilmiş mühitdir. Təəccüblü deyil ki, respublika başçısının komandası vəziyyətin özü üçün əlverişsiz formada işıqlandırılmasına kəskin reaksiya verir.
İki inqilabın lideri Atambayev
Rusiya jurnalistinin qovulması son zamanlar qırğız prezidentinin tək qeyri-adi addımı deyil. Atambayev fevralın sonunda dövlət başçısı üçün kifayət qədər qəribə sayıla biləcək bəyanat verdi. Bildirdi ki, o, öz ölkəsində inqilab etməyəcək. Prezident dəqiqləşdirdi ki, əvvəlki iki çevrilişə özü başçılıq edib.
"Qırğızıstan bundan sonra normal inkişaf edən ölkə olmalıdır, inqilablara nöqtə qoyulub. Son göstəricilər bizim doğru yolda olduğumuzu göstərir. Ona görə də əgər ölkədə üçüncü inqilab olsa, onda bunu mən etməyəcəyəm. Əgər kimsə Qırğızıstanda inqilab edəcəyinə ümid edirsə, mən bu gün deyə bilərəm ki, ölkədə daha əvvəl baş verən hər iki inqilabın lideri Atambayev olub. 2005-ci ildə Ağ Evi tutan dəstə mənim tərəfdarlarım idi. 2010-ci ildə siz xatırlasanız, Qırğızıstanın narazı insanları məhz Atambayevin ofisi önündə yığışırdılar", - deyə Atambayev vurğulayıb.
Maraqlıdır ki, Qırğızıstan lideri etirafı Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında etdi.
Bundan bir neçə gün əvvəl isə Atambayev diplomatik qalmaqala imza atdı. O, "Euronews" kanalına müsahibəsində danışdı ki, Avrasiya İqtisadi İttifaqına daxil olmayacağı halda, Qırğızıstanı sadəcə blokada hədələyirdi.
Atambayev Qazaxıstanın Qırğızıstana tətbiq etdiyi blokadaya görə ölkəsində insan tələfatının olduğunu bildirdi: "Biz kiminləsə ticarət aparmalıyıq, qonşularımızla işləməliyik. Biz Avrasiya İqtisadi Birliyinə daxil olmasaydıq, blokada ilə üzləşə bilərdik. 2010-cu ildə Qazaxıstan bizə qarşı 1,5 ay müddətinə blokada tətbiq etdi. Bizdə isə insan itkiləri oldu. Belə olub, çünki blokada pis şeydir".
Qazaxıstan Qırğızıstan liderinin dediklərinə görə rəsmi Bişkekdən izahat tələb etdi. Astana həmçinin təccübünü ifadə etdi ki, Bişkek niyə birdən-birə yeddi il əvvəl baş vermiş hadisələri xatırladı?
Respublikada prezident seçkiləri 2017-ci ilə təyin edilib. Atambayev hələ 2016-cı ilin dekabrında öz namizədliyini irəli sürməkdən imtina edib. Düzdür, həmin ayda Atambayevin komandası triumfu bayram edirdi: referendumda prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdıran konstitusiyaya düzəlişləri qəbul edilmişdi. Hökumət başçısı böyük səlahiyyətlər alır. O, xüsusi halda, yerli administrasiyaların rəhbərlərini təyin edəcək. Dövlət başçısında isə əksinə, nazirlər kabinetinin formalaşmasına təsir etmək imkanı qalacaq.
Konstitusiyaya dəyişikliklərin daxil edilməsi ilə 2010-cu inqilabında Atambayevin silahdaşları olanlar barrikadaların başqa tərəfində yer aldılar. Tekebayev və Atambayevin sələfi - müvəqqəti prezident Roza Otunbayeva yeniliklərə qarşı çıxdılar. Atambayevin komandasına rəqiblərə sərt şəkildə qarşılıq verdi. Oktyabrda hakim partiya parlament koalisiyasını tərk etdi, hökumət istefaya getməli oldu.
Kim mənimlədir?
Əgər qırğız siyasətində son ayların hadisələrini yekunlaşdıraq, onda görmək olar ki, Atambayevin komandası istənilən əlçatan üsullarla hakimiyyətdə qalmaq üçün zəmanət almağa çalışır. Tamamilə başadüşülən arzudur, çünki əvvəlki prezidentlər və onların yaxınları ölkədən qaçaraq xilas olurdular, onlar yalnız vəzifələri və statuslarını deyil, həm də əmlak və azadlıqları itirmək təhlükəsi ilə qarşı-qarşıya idilər. Lakin respublikada yaranmış siyasi sistem belə zəmanətin alınmasını çətinləşdirir. Siyasi güclərin praktik olaraq bütün liderləri qarışıqlıqlar və mövcud idarəetmə strukturunun dağıdılması nəticəsində hakimiyyətə gəlməyə öyrəşiblər.
Rusiya şərqşünası Aleksandr Knyazev hesab edir ki, Atambayev Moskva və başqa xarici oyunçuların mövqeyini yoxlamağa çalışır.
"Xarici oyunçularsız Qırğızıstanda sıyığı dəmləmək çətindir. 2005-ci ilin inqilabında maliyyə və ideoloji qidalanma xaricdən idi. 2010-cun ildə əlaqədar dövlətlərin reaksiyası üzrə ölkə daxilindəki elita anladı ki, "olar" və hakimiyyətdə olan Kurmanbek Bakiyevin administrasiyanı dağıtdılar. Buna görə də Atambayev öz davranışı ilə xarici oyunçuların reaksiyasını öyrənməyə çalışır: "Siz mənimləsiniz, ya yox?" Atambaevu dəqiq siqnal istəyir ki, onun varisini dəstəkləyəcəklər. Amma, məsələn, Moskva pauzanı saxlayır. Bu isə Bişkeki çox əsəbiləşdirir", - ekspert vurğulayıb.
Eyni zamanda Qırğızıstanda vəziyyət adət edilmiş ssenari üzrə inkişaf edir. Korrupsiyada ittiham edilmiş Tekebayevin işi üzrə iclaslar milis tərəfindən mühasirəyə alınmış hərbi məhkəmənin binasında keçirilir. Müxalifətçinin tərəfdarları onun həbsindən dərhal sonra etiraz aksiyaları təşkil etdilər, Bişkek-Oş yolunda etiraz əlaməti olaraq çadırları qurdular. Hər şey indi başlanır.

Mövzuya aid fotolar:

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...