Zakir Həsənovdan SƏRT ÇIXIŞ: "Ali Baş Komandanın əmri ilə..." - VİDEO

Zakir Həsənovdan SƏRT ÇIXIŞ: "Ali Baş Komandanın əmri ilə..." - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun torpağa tapşırılmasının 40-cı ildönümü Qusarda xüsusi təntənə və hörmətlə qeyd olunub.



Milli Qəhrəmanın 40 mərasiminə Azərbaycanın müdafiə naziri Zakir Həsənov bütün rəhbər heyəti ilə, Qərargah rəisi Nəcməddin Sadıqov və müavini Kərəm Vəliyev, idarə rəisləri qatılıb. Mərasimdə paytaxtdan gəlmiş ziyalılar, oxuduğu Texniki Universitetin rəhbərliyi, hərbçilər, Qusar icra hakimiyyətinin rəhbərliyi, sadə qusarlılar, ictimaiyyət nümayəndələri də iştirak edib. Əvvəlcə nazirin iştirakı ilə Heydər Əliyevin Qusar şəhərindəki abidəsi ziyarət olunub. Daha sonra Müdafiə naziri Zakir Həsənov bütün heyətilə Qusarda torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan bütün qusarlıların xatirəsinə salınmış Şəhidlər xiyabanını və Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edib, əklillər qoyulub.

Daha sonra Qusar şəhərindəki mərkəzləşdirilmiş kitabxana sisteminin qarşısında təntənəli mərasim keçirilib. Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbaninin Çingiz Qurbanovun qısa, lakin şərəfli ömür yolundan bəhs edən "Çingiz dastanı" kitabının təqdimatı olub. Zakir Həsənov kitabın ilk nüsxəsini Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanova təqdim edib. Bu kitabın rayonun 90 təhsil müəssisəsinin və kitabxanalarının hamısına paylanılması, gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəlməsi baxımından bu kitabın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan, prezident İlham Əliyevin sülh tərəfdarı olduğunu, amma Ermənistanın destruktivliyinin buna mane olduğunu deyib. Zakir Həsənov prezidentin bir sözünü də xüsusi olaraq Qusardakı çıxışında xatırladıb: "Biz həm dövlətimizi ,həm ordumuzu gücləndirməliyik, həm də torpağımızı almalıyıq". Zakir Həsənov Çingiz Qurbanovun atası Salman Qurbanovu bütün şəhid ailələrinə nümunə göstərib. "Ağır, kədərli olsa da,bu ailə təmkinini həmişə saxladı,Vətən sevgisini xüsusi qabartdı. Mən deyirdim axı, hardandı Çingizdə bu qədər vətənpərvərlik?" deyən nazir bunu onun ailə ənənəsindən gəldiyini deyib.

Qusarın icra başçısı Şair Alxasov istipress-ə müsahibəsində bütün şəhid ailələri kimi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailəsinə də xüsusi qiqqət və qayğı göstəriləcəyini söyləyib. Başçı qeyd edib ki, Qusar şəhərində Çingiz Qurbanovun adı verilmiş küçədə onun xatirə lövhəsinin qoyulacağını, ailəsinə Qusar şəhərində torpaq sahəsi ayrıldığını deyib. Şair Alxasov radikal dini təriqətlərə meyllənən gənclərə Çingiz Qurbanovun şərəfli həyat yolunu nümunə göstərib. Çingiz Qurbanovun 2016- cı ildə optik texnika ixtisası üzrə bitirdiyi Azərbaycan Texniki Universitetinin prorektoru İsa Xəlilov İstiPress-ə müsahibəsində Çingiz Qurbanovun oxuduğu xüsusi texnika və texnologiya fakültəsinin 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yaradıldığını, bu ixtisaslı kadrların Müdafiə Sənayesi Nazirliyi üçün hazırlandığını qeyd edib. Prorektor bildirib ki, Çingiz Qurbanovun adı da universitetin həyətində Qarabağda şəhid olmuş tələbələrimizin xatirəsinə ucaldılmış abidədə həkk olunub. Təntənəli mərasimdən sonra Çingiz Qurbanovun 40 mərasiminə hazırlanmış süfrə açılıb, ruhuna dualar oxunub. 40 mərasimi süfrəsi Qusar icra hakimiyyətinin hesabına təşkil edilib. Sonda Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbanı müəllifi olduğu "Çingiz dastanı" kitabından bir nüsxəni də Aytəkin Alxaslıya təqdim edib.
Reklamları Keç » » » »
Hazırlanır zəhmət olmasa gözləyin.

Mənbə: big.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...