Bakıda şok hadisə: Kişi bir evdə bir-birindən xəbərsiz iki arvad saxladı

Bakıda şok hadisə: Kişi bir evdə bir-birindən xəbərsiz iki arvad saxladı

Bakıda Hollivud filmlərinə bənzər hadisə baş verib.



Bakı şəhər sakini qeyri-rəsmi olaraq birlikdə yaşadığı Əfsanə adlı xanımı evə gətiriərək onu qonşulara və qohumlarına qulluqçu kimi qələmə verib. Hətta oğlanın anası və bacısı da qohumlara qız evin gəlini deyil, evlərinin qulluqçusu olduğunu bildiriblər. Bir müddətdən sonra qadın hamilə qalıb və bir qız övladı dünyaya gətirib. Sonradan oğlan başqa bir qadınla evlənərək rəsmi nikaha daxil olub. Bu qadın da bir müddət sonra dünyaya bir qız övladı gətirib. Yoldaşı, qayınanası və baldızı tərəfindən yeni gələn gəlinə də Əfsanənin evin qulluqçusu olduğu deyilir. Bu qadınla bütün ailə üzvləri çox pis rəftar edib, onu döyüb və qulluqçu kimi işlədiblər.

Təxminən 2-3 ay əvvəl evin nikahlı xanımı ondan gizlədilən həqiqətləri öyrənib və övladını da götürüb ata evinə qayıdıb. Bundan hiddətlərnən oğlan nikahsız yaşadığı qadını övladı ilə birlikdə özünün Bakı ətrafında yerləşən bağ evinə apararaq orada bir müddət qadının iradəsinin əksinə olaraq məcburi saxlayaraq, döyüb və işgəncə verib. O, qadına rəsmi nikahda olduğu xanımını qaytarmaq üçün yalan danışmağı və həqiqətən, evin qulluqçusu olduğunu söyləməsini tələb edib. Günahlandırılan şəxs qadına işgəncə verməklə kifayətlənməyərək öz doğma övladına da əziyyət edib. Belə ki, atası onu döyərək saçlarını kəsib.

Uzun müddət işgəncələrə məruz qalan qadın çətinliklə də olsa övladı ilə birlikdə oradan qaçıb qonşulara sığınmağı bacarıb. Qonşular qadının vəziyyətini görərək təcili tibbi yardıma və polisə müraciət ediblər.

Yalnız bundan sonra qadın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sığınacağına yerləşdirilib.

Mənbə: baku.ws
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...