Sarkisyanın qəfil ölümü Ermənistanı bir-birinə qatdı - FOTO

Sarkisyanın qəfil ölümü Ermənistanı bir-birinə qatdı - FOTO

Hakim partiya onun ölümünü siyasi spekulyasiyalar üçün istifadə etməməyə çağırıb



Ötən gün tibb mərkəzində "Sasna Tsrer" silahlı qruplaşmasının "çörəkdaşıyan"ı Artur Sarkisyanın ölümü qəzəbli kütləni küçələrə çıxarıb.

Parlament seçkilərinə sayılı günlər qalmış ermənilər yenidən etiraz aksiyası keçirib.

Qəzəbli kütlə hökuməti tənqid atəşinə tutub. Müxalifət isə dəstək verib.

Hakim Respublika partiyasının deputatı Baqram Baqdasaryan isə Artur Sarkisyanın ölümünü siyasi spekulyasiyalar üçün alət kimi istifadə etməməyə çağırıb.

"Təbii ki, bu, çox ağır hadisədir. Təəssüf edirəm ki, bundan siyasi spekulyasiyalarda istifadə edirlər. Bundan çəkinmək lazımdır. Bəziləri bu faktdan hədəflərinə çatmaq üçün istifadə edirlər", - Baqdasaryan bildirib.

Ötən gün A.Sarkisyanın ölüm xəbəri yayılan kimi xalq küçələrə çıxdı. Azadlıq meydanında başlayan aksiya daha sonra kütləvi yürüşə çevrilib. Etirazçılar Azadlıq meydanından Maştitsa prospektinə doğru irəliləyiblər. Hətta yollarda hərəkət iflic olub.

Bundan sonra aksiya iştirakçıları dövlət qurumlarının binalarına doğru irəliləyib. Yağışlı havaya baxmayaraq, etirazçılar dağılışmayıb.

2016-cı ilin iyul ayında "Sasna Tsrer" silahlı qruplaşmasının Serj Sarkisyan hakimiyyətinə qarşı ayağa qalxarkən Artur Sarkisyan onlara çörək daşıyırdı.

Sarkisyan həbs edilmişdi. Ötən il dekabrın 31-də isə o, azadlığa buraxıldı. Lakin sonra məhkəmə qərarı ilə A.Sarkisyan yenidən həbs edildi. Həbsxanada olarkən "çörəkdaşıyan" aclıq elan edib. Martın 16-da isə Sarkisyan ölüb.

Mövzuya aid fotolar:

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...