Azərbaycanda bu şəxslərin maaşı artırıla bilər

Azərbaycanda bu şəxslərin maaşı artırıla bilər

Milli Məclisdə hökumətin hesabatından sonra millət vəkillərinin çıxışları başlayıb.



Millət vəkili Musa Qasımlı çıxışında ölkə miqyasında özəlləşdirilməyə gedilməsini təklif edib. Qeyd edib ki, bu, iqtisadiyyatın inkişafına kömək edəcək .

Əli Məsimli əlavə edib ki, 2016- ci ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb: "Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Ancaq hökumət bu rəqəmin 1,8 faiz olacağını vurğulamışdı. Amma təəssüf ki, ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir. Bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formasında bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir".

Əflatun Amaşov bildirib ki, indi vəziyyət elə gətirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı idarələrində belə, burun-boğaz həkimləri kənardan gətirilir: "Buna görə də tibb təhsili verən ali məktəblərdə təhsil alan tələbələri bölgələrə yönəltmək lazımdır. Onlara yüksək əməkhaqqı verilməlidir".

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...