Zakir Həsənov 3 ermənini öldürən Milli Qəhrəman Çingizə görə təcili Qusara getdi - FOTOLAR

Zakir Həsənov 3 ermənini öldürən Milli Qəhrəman Çingizə görə təcili Qusara getdi - FOTOLAR

Müdafiə naziri Zakir Həsənov Qusar Şəhidlər Xiyabanında qəhrəmanın məzarını ziyarət edib.



Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun doğulduğu Qusar rayonunda 40 mərasimi keçirilir. Qusar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunan qəhrəmanı ziyarət edənlər sırasında Müdafiə naziri Zakir Həsənov da var.

Ç. Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

Ç. Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Dövlət başçısı şəhidin ailə üzvlərini də qəbul edib və mükafatı onlara şəxsən təqdim edib. Ç. Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.

Mövzuya aid fotolar:

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...