Şad xəbər! Borclar silindi

Şad xəbər! Borclar silindi

Milyonlarla manat borc silinib



Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə "Vergi sistemində aparılan islahatlar: vergi qanunvericiliyində və inzibatçılığında yeniliklər" mövzusunda görüş keçirilib.

Vergilər Nazirliyindən verilən məlumata görə, görüş zamanı prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi" ilə bağlı layihənin təqdimatı olub.

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, Prezident İlham Əliyevin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur. Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı vergi sistemində aparılan islahatlar hüquqi bazanın təkmilləşdirilməsindən tutmuş vergi inzibatçılığının yenidən qurulmasına qədər bütün sahələri əhatə edir.

Qeyd edilib ki, vergi sistemində aparılan səmərəli islahatlar sayəsində məmur-sahibkar ünsiyyəti minimuma endirilib, sahibkarlarla dialoqun daha çox xidmət strukturları tərəfindən aparılmasına üstünlük verilir.

Görüşdə "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun qəbulu barədə də danışılıb, bu qanunun ölkəmizdə sahibkarlığın stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədini daşıdığı qeyd olunub. Bildirilib ki, qanunun tətbiqi nəticəsində vergi ödəyicilərinin 727 milyon manat həcmində faiz borcları silinib və 357 milyon manat həcmində vergi borcunun müəyyən şərtlərlə silinməsi üçün də sahibkarlara imkan verilib.

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...