"Aprel savaşı göstərdi ki..." - Sərkisyan danışdı

"Aprel savaşı göstərdi ki..." - Sərkisyan danışdı

Ermənistan lideri Serj Sərkisyan ordu günü ilə bağlı müraciətində bir daha 2016-cı ilin aprelindən baş verən Dördgünlük müharibəni xatırladıb.



Dördgünlük savaşın xofundan çıxa bilməyən və hər dəfə özünə təsəlli verməyə cəhd göstərən Sərkisyan müharibənin Qarabağın taleyini həll etməyəcəyini bildirib.

"Aprel savaşı bir daha göstərdi ki, düşmən (Azərbaycan nəzərdə tutulur - red) müharibə ilə istəyinə nail olmayacaq. Çünki Qarabağın həlli yolu müharibədən keçmir", - erməni prezident bildirib.

Bunun ardınca isə Dağlıq Qarabağ ətrafında ordunun gücü ilə 26 il əvvəl ərazilərin işğal olunduğunu etiraf edib və bunu "təhlükəsizlik zonası" adlandırıb.

Xatırladaq ki, Dördgünlük müharibə zamanı Lələtəpə yüksəkliyi də daxil olmaqla, Azərbaycan strateji əhəmiyyət daşıyan yüksəklikləri işğaldan azad etdi və Cocuq Mərcanlı kəndi erməni təhdidindən xilas oldu. Bu savaşda Ermənistan 350 əsgər itirdi və 500 əsgəri yaralandı. Azərbaycan Ordusu qısa müddətdə ərazilərini işğaldan azad etməyə qadir olduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin sərəncamı ilə artıq işğaldan azad olunan Cocuq Mərcanlı kəndində məskunlaşma başlayıb. İlham Əliyevin bu sərəncamı Ermənistanda panika yaradıb.

Mənbə: milli.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...