Mehman Hüseynovun vəkili DİN-nin açıqlamasına münasibət bildirdi - FOTO

Mehman Hüseynovun vəkili DİN-nin açıqlamasına münasibət bildirdi - FOTO

Məlum olduğu kimi, dünən Daxili İşlər Nazirliyi bloqqer Mehman Hüseynovla bağlı bəyanat yaydı.



Ardınca bloqqerin vəkili Elçin Sadıqov nazirliyin açıqlamasına münasibət bildirib. O qeyd edib ki, sözügedən bəyanat həqiqəti əks etdirmir.

"Dünən Mehman Hüseynovun bədənindəki xəsarətlərə, paltarındakı zədələr və qan izlərinə baxmışam. Həmin baxış zamanı çəkilmiş fotoşəkilləri əlavə edirəm. Bədənində olan bəzi xəsarət yerlərinin şəkillərini etika naminə, hələ, yaymıram”,-deyə o bildirib.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuşdu. O, polislərin əmrinə tabe olmamaqda təqsirləndirilərək 200 manata məbləğində cərimə edildi. Məhkəmədən sonra mətbuata açıqlama verən bloqqer saxlanılan zaman fiziki təzyiqlərə məruz qaldığını bildirdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Mehman Hüseynovun bu açıqlamasını şər və böhtan adlandırıb.

Mövzuya aid fotolar:

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...