Yeni tariflə qaz pulu belə hesablanır

Yeni tariflə qaz pulu belə hesablanır


2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarın icrası məqsədilə əhali istehlakçıları üzrə quraşdırılmış mexaniki məişət qaz sayğaclarının göstəriciləri 2016-cı ilin dekabrın sonu tam oxunaraq AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) abonent bazasına daxil edilib.




2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinə görə hər bir kubmetr üçün 10 qəpik ödəniş edəcək. İl ərzində 1700 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanacaq.
Smart ITRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə qaz sərfiyyatlarının hesablanması məqsədilə müvafiq proqram təminatları yenilənib. Artıq 2017-ci il yanvarın 1-i tarixindən etibarən əhali abonentləri tərəfindən aparılacaq ödənişlər toplanaraq illik istehlak həcmi 1700 kubmetr (170 AZN) olan abonentlər üçün hər bir kubmetr 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanaraq qaz həcmi şəklində sayğac kartına yüklənəcək.

Mənbə: oxu.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent

Son Xəbərlər

Gözləyin...