Vergi borcları azalıb

Vergi borcları azalıb

Vergi borclarının məbləği bu ilin əvvəli ilə müqayisədə 10,9 faiz azalıb. ANS PRESS-in Vergilər nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 13,5% azalıb. Bu ilin əvvəlinə olan 8 min 228 borclu vergi ödəyicisi və hesabat dövründə borcu yaranmış 160 min 790 vergi ödəyicisi də nəzərə alınmaqla 169 min 18 borclu vergi ödəyicisinin borcları tamamilə ləğv edilib.

Son 9 ay ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 46 min 297 sayda qərar açılıb.

Bu qərarların 94,1 faizi borclar ləğv edildiyi üçün bağlanılıb. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 50,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...