14 uşaq anasının Porno Biznes əxlaqsızlığı - FOTOLAR

14 uşaq anasının Porno Biznes əxlaqsızlığı - FOTOLAR
Nadya Suleman bir gündə 8 övladını dünyaya gətirəndə dünyaca məşhurlaşmışdı. Süni mayalanma proseduru zamanı həkimin səhv etməsi və Nadyanın orqanizminə bir embrion əvəzinə, 8 embrion yerləşdirməsi nəticəsində o, bir gündə 8 uşaq doğmuşdu. Beləcə, 6 uşaq anası Nadya 14 övlad anası olmuşdu. Sonradan o, ağır maliyyə çətinliklərinə düçar olduğunu, 14 uşağını saxlamaqda çətinlik çəkdiyini dedi. Bir qədər keçdi, Nadya Suleman pornoqrafik filmə çəkildi və bu addımını "pulsuzluq"la əlaqələndirdi.

İndi isə onun mənəvi tənəzzülü son həddə çatıb. 14 uşaq anası striptiz-klubda rəqs edir. Kiçik səhnəyə çıxan Nadya Suleman ona baxan müştərilərin qarşısında soyunur, əzilib-büzülür, rəqs edir.
WSEMIR. COM bildirir ki, Nadya Suleman ABŞ-ın Florida ştatındakı Mayami şəhərində, "Miami"s Playhouse Gentlemen"s Club"da rəqs edir. Ona hər "çılpaq konsert"ə görə 5 min dollar verilir. Şəhərin Uest Park səmtindəki striptiz barın sahibinin dediyinə görə, Nadyanın lüt soyunub rəqs edəcəyini eşidəndən sonra bara əvvəlkindən iki dəfə çox - 400 müştəri gəlib. Müştərilərin hər biri üzərində "Mən "Playhouse South"da rəqs edən 8 uşaq anasını gördüm" yazılmış mayka ala bilər.
37 yaşlı Nadya səhnəyə çıxır, Riannanın mahnılarının sədası altında rəqs edir. Onun əynində "Eyes Wide Shut" stilli, polivinilxloriddən hazırlanmış "erotik kostyum" vardı. Daha sonra isə o, "Rude Boy" stilində oynadı. Müştərilərdən biri "Miami Herald"a bildirib: "Bu, mənəvi tənəzzül və əxlaqsızlığın son həddidir. O, heç rəqs də edə bilmir".
Nadya Sulemanın imzasını almaq istəyən müştərilər 10 dollar, onunla şəkil çəkdirmək fikrinə düşənlər isə 25 dollar ödəməlidirlər. Suleman apreldə bildirmişdi ki, onun borclarının ümumi məbləği 1 milyon dollara çatıb.

Mövzuya aid fotolar:

Mənbə: Mybaku. Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...