Lənkəranda narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb - FOTO

Lənkəranda narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb - FOTO

Lənkəran rayonunda satmaq üçün narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb.



Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Girdəni kəndində yaşayan Etiram Ehtimal oğlu Nəcəfovu saxlayıb.
Onun həyətinə baxış zamanı həyətyanı sahəsində narkotik xassəli çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərdiyi müəyyən edilib. Onun evindən xüsusi qaydada əkib-becərdiyi və quruduqdan sonra topladığı və hələlik istintaqa məlum olmayan mənbədən satış məqsədilə əldə etdiyi narkotik maddə maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran Rayon Məhkəməsinin qərarı ilə E.Nəcəfov barəsində dörd aylıq həbs qəti imkan tədbiri seçilib.

Mövzuya aid fotolar:

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...