Sevgilisini öldürən şəxs: Qardaşıyla dənizə getmişdi – VİDEO

Sevgilisini öldürən şəxs: Qardaşıyla dənizə getmişdi – VİDEO

Binəqədidə qardaş və bacının bıçaqlanmasının təfərrüatları məlum olub.



Fidani İsmayılovun qəsəbədə yaşayan Əfsanə Məmmədova və onun qardaşı Anarı bıçaqlamasının səbəbi qısqanclıq olub.

Fidani İsmayılov cinayəti törətdikdən sonra hadisə yerini tərk edib. Lakin o, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxs dindirilərkən hələ də hadisənin şokunda olduğunu bildirib. Onun sözlərinə görə, Əfsanə Məmmədova ilə bir müddət əvvəl tanış olub. Daha sonra qadın ona birgə yaşamağı təklif edib.

Ailəli olmasına baxmayaraq, Fidani bu təklifi qəbul edib. Hadisə baş verən gün isə Əfsanə Fidaniyə xəbər etmədən qardaşı Anarla dənizə gedib. Bundan əsəbiləşən kişi əlini bıçağa atıb.

Artıq faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Fidani İsmayılov barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...