Putinin erməni jurnalistə cavabı: "Azərbaycan kimi bir ölkə..."

Putinin erməni jurnalistə cavabı: "Azərbaycan kimi bir ölkə..."

"Rusiya Ermənistana silah təchizatı üzrə öhdəliklərini yerinə yetirir". Bunu avqustun 10-da Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında erməni jurnalistin Ermənistana və Azərbaycana silah satışı ilə bağlı sualına cavab verərkən deyib.



Putin suala cavab olaraq deyib: "O ki qaldı silahlara, bizim Ermənistanla iş proqramımız var. Ermənistan KTMT üzvü və müttəfiqimizdir, bizim qarşılıqlı öhdəliklərimiz var və Rusiya hər zaman öhdəliklərini yerinə yetirir".

Rusiyanın dövlət başçısı əlavə edib ki, müasir silah bazarında istənilən ölkə praktiki olaraq istənilən silahı əldə edə bilər. "Deyək ki, Azərbaycan kimi bir ölkə - sürətlə inkişaf edən iqtisadiyyata malik neft hasil edən, kifayət qədər irihəcmli qızıl-valyuta ehtiyatlarına malik olan ölkə, əlbəttə ki, silahları istədiyi yerdən ala bilər", - Putin bildirib.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...