Təcili! Manatla bağlı mühüm açıqlama

Təcili! Manatla bağlı mühüm açıqlama

Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır.



Mir.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq: “Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Malyyə Bazarlarına Nəzarət Palatası - ölkədə maliyyə sabitliliyinin təmin edilməsi üzrə birlikdə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq”.

Elman Rüstəmov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollara nisbətdə məzənnəsinin nizamlanmasına müdaxilə etmir.

Onun sözlərinə görə, AMB üzən məzənnənin tətbiqi siyasətinə sadiq qalır:

“Gördüyünüz kimi, bu gün Azərbaycan manatı möhkəmlənməkdə davam edir. Bu da ondan xəbər verir ki, Mərkəzi Bank manatın məzənnəsinə təsir göstərmir. Bu gün manatın məzənnəsi valyuta bazarındakı tələb və təklif, həmçinin daxili və xarici fundamental faktorlar əsasında formalaşır”.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...