Ermənilər bunu etsə, Azərbaycan hücuma keçəcək

Ermənilər bunu etsə, Azərbaycan hücuma keçəcək

Ermənistan hakimiyyətinin Qarabağın separatçı rejiminin müstəqilliyini tanıması Azərbaycan ordusunun hücuma keçməsi üçün şərait yaradacaq



Bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Siyasi şərhçi Ermənistan siyasi rəhbərliyinin bu vaxta qədər “Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı” sənədi səsverməyə çıxarmamasının səbəblərini açıb:

“Ermənistan hakimiyyəti anlayır ki, “Dağlıq Qarabağ”ın müstəqilliyini tanıyarsa, bu, Azərbaycanla danışıqların dayandırılması demək olacaq. Bu isə müharibəyə aparan yoldur. Ermənistan nəinki beynəlxalq aləmin, Rusiyanın dəstəyini də itirəcək. Azərbaycan isə BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcək və bütün dövlətlər yenidən onun ərazi bütövlüyünə səs verəcək”.

Politoloqun sözlərinə görə, Ermənistanda bəziləri düşünür ki, İrəvan Qarabağın separatçı rejiminin müstəqilliyini tanıyarsa, başqa dövlətlər, o cümlədən, Rusiya da prosesə qoşula bilər:

“Rusiya Abxaziya və Cənubi Osetiyanı “tanınması” məsələsində uğur qazanmadı, Ermənistanın “Dağlıq Qarabağ”ın müstəqilliyini beynəlxalq aləmə tanıtdırması mümkün deyil. Bu siyasət Ermənistana problemlər yaradacaq. Çünki bu məsələ Azərbaycan Ordusunun hücuma keçməsi üçün şərait yaradacaq”.

E.Şahinoğlu bildirib ki, 2-5 aprel döyüşləri Ermənistan cəmiyyətində Dağlıq Qarabağla bağlı 3 diametral yanaşma formalaşdırıb:

“Birincisi, Ermənistan “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımalı və müharibəyə hazırlaşmalıdır. İkincisi, Ermənistan özünü və “Dağlıq Qarabağ”ın təhlükəsizliyini qorumaq üçün işğal altındakı 5 rayonun boşaldılmasına razılıq verməlidir. Üçüncüsü, “Dağlıq Qarabağ” Ermənistan üçün böyük siyasi və iqtisadi yükdür. Azərbaycanla daimi müharibə vəziyyətində olmaq Dağlıq Qarabağla yanaşı, Ermənistanın da bir dövlət olaraq zəifləməsinə gətirib çıxaracaq”.

Xatırladaq ki, Ermənistan parlamenti mayın 5-də Qarabağın separatçı rejiminin "müstəqilliyinin" tanınması haqda qanun layihəsini müzakirə edəcək.

Mənbə: politika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...