Qeydiyyat Giriş
Sayta Daxil ol

Sumqayıtın girişində fahişə qızlar at oynadır

9-08-2013, 13:31
Müəllif: Celal Mir
Baxış: 9151
Çap et
Sumqayıtın girişində fahişə qızlar at oynadır Polisin müdaxilə edə bilmədiyi obyektdə fahişə qızlar at oynadır

Hansısa məmur tərəfindən himayə olunan kafenin sahibi azyaşlı qızları yoldan çıxarır

Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) rəhbərliyi dəyişəndən sonra «gənclər şəhərin»də fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının əksəriyyəti bağlandı. Şəhərin sabiq rəhbərinin zamanında fəaliyyətə başlayan fahişəxanalar Sumqayıtın adının daim arzuolunmayan sıralarda çəkilməsinə nədən olmuşdu. Lakin şəhərin yeni rəhbərliyi bu vəziyyəti aradan qaldırmaq məqsədilə «priton»lara qarşı səlib yürüşünə başlayıb bir çoxunun işini dayandırdı.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bu işdə çox böyük xidmətləri oldu. Məhz bu idarənin təşəbbüsü ilə həmin əxlaqsızlıq yuvalarında reydlər təşkil edildi, qadın ticarətini himayə edən şəxslər saxlanıldı. Bu qədər tədbirə rəğmən, şəhər ərazisində əxlaqsızlıq yuvaları hələ də qalmaqdadır. Redaksiyamıza daxil olan məlumatlara görə, Sumqayıtın Saray qəsəbəsi tərəfdən girişində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında «Abşeron» kafesi fəaliyyət göstərir. Məlumatı verən mənbənin sözlərinə görə, adıçəkilən obyekt ilk öncə kafe kimi fəaliyyət göstərsə də, sonradan təyinatını dəyişib. Və bura yüngül həyat tərzi keçirən qızların oylağına çevrilib: «Kafe yaşayış evlərinə çox yaxındır. Burda fəaliyyət göstərən fahişə qızlar çoxdur. Hər gün biri gedib başqası gəlir. Kafeyə gətirilən qızların çoxu rayonlardan tapılır. Şəhərdə sərfəli iş adı altında onları yoldan çıarıb burda fahişəliyə cəlb edirlər. Obyektin sahibinin adını dəqiqləşdirə bilməsəm də, deyilənə görə, yaxın qohumlarından biri hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutur. Onun köməkliyi və himayəsi altında kafe gecə-gündüz fəaliyyət göstərir». Mənbənin sözlərinə görə, əxlaqsızlıq yuvasında ən gənc qızın 15, ən yaşlısının isə 35 yaşı var: «15 yaşında olan qız kafeyə iki həftədir ki, gəlib. Evdən qaçan qız təsadüfən bura düşüb. Kafenin sahibi bu fürsəti əldən verməyərək azyaşlı qıza çirkin təkliflər edib. O da məcburiyyət qarşısında bununla razılaşıb. Azyaşlı fahişə qısa vaxt ərzində obyektin işini qızışdırıb. Onunla cinsi əlaqədə olmaq üçün bura müştərilər axın edir. Amma bir saat üçün hər müştəridən 60 manat alır. Yaşı 23-dən yuxarı olan fahişələr isə intim yaxınlığa görə 30-40 manat istəyirlər. Əsas maraq azyaşlı qızlaradır.

Otaq pulu 10 manatdır». Mənbə söyləyir ki, kafe işə başlayan gündən indiyə kimi hüquq-mühafizə orqanları bir dəfə də olsun burda əməliyyat keçirməyiblər: «Polis işçiləri burda hansı iyrənc işlərin baş verməsindən bilgilidirlər. Obyekt sahibinin arxasında nüfuzlu şəxs dayandığından buranı bağlaya bilmirlər. Ən dəhşətlisi isə odur ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Sahib müəllimə kafedə yaşanan hadisələrlə bağlı dəqiq məlumat verilmir. Əgər onun burdan xəbəri olsa, bir dəqiqə belə işləməyinə icazə verməz. «Abşeron» kafesi əsl çirkab yuvasıdır. Bura ətrafda yaşayan insanlar üçün böyük təhlükə deməkdir. Fahişə qızların əlindən heç kim uşağını, ailəsini çölə buraxmır». Mənbə həmçinin qeyd etdi ki, sözügedən kafe Sumqayıtda fəaliyyət göstərən narkotacirlərin əsl «bazarı»dır: «Polis rəisi dəyişəndən sonra narkotik maddələrin satışı ilə məşğul olan şəxslərin çoxu həbs olunub. Yerdə qalanları isə bu cür obyektlərə üz tutaraq öz mallarını satırlar. Narkotacirlərin təsiri ilə kafeyə gələn bəzi məştərilər artıq bu yolun yolçusuna çevriliblər. «Abşeron» kafesi cəmiyyətə hərtərəfli zərbə vurur». Məlumata görə, obyektdə cinayət hadisələri də qeydə alınır ki, bunların çoxunun üstü kafe sahibinin səyi nəticəsində ört-basdır edilir. Təbii ki, bu tip obyektlərin fəaliyyəti gələcəyimizi birbaşa uçuruma aparır. Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Sahib Mirzəyev, eləcə də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından xahiş edirik ki, yazdığımız faktlarla bağlı müvafiq araşdırmalar aparıb kafeni işlədən şəxs və ya şəxsləri həbs etsinlər.

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.


Hər gün bir dəfə aşağıdakı reklama daxil olaraq saytımıza dəstək olmağınız xahiş olunur
Məqalə Reytingi:
  
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi saytın bütün imkanlarından yararlana bilmirsiniz. Qeydiyyatdan keçərək saytın bütün imkanlarından yararlana bilərsiniz. Gün ərzində baş vermiş ən önəmli hadisəıər qeydiyyatdan keçmiş istifadəçilərim E-MAİL adreslərinə göndərilir.