İntiqam Əliyev azad edildi

İntiqam Əliyev azad edildi

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev Ali Məhkəmənin Plenumunun qərarı ilə azadlığa buraxılıb. Məhkəmə onun cəzasını 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxıb.



"Hüquq Maarifçiliyi Cəmiyyəti"nin sədri İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunaraq, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İntiqam Əliyev isə ittihamların saxta olduğunu deyərək, siyasi sifarişlə həbs edildiyini bəyan edirdi.

Hökmdən verilən şikayətləri yuxarı instansiya məhkəmələri təmin etməmişdilər.
Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən həftə İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair protestlə Ali Məhkəməyə müraciət edib.Həmin protestə bu gün Ali Məhkəmənin Plenumunda baxılıb və İntiqam Əliyevin cəzasının 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılması barədə qərar qəbul edilib.

Mənbə: bizimyol.info
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...