Banklardan əhaliyə böyük kredit güzəşti...

Banklardan əhaliyə böyük kredit güzəşti...

Azərbaycanda bəzi banklar müştərilərə dollarda olan kreditlərlə bağlı güzəştlər etməyə başlayıb



Güzəşt tətbiq edən banklardan biri " Bank Respublika"dır. Bu bankda dollarla krediti olanlara unikal güzəşt təklif edilir. Müştəri dollarla götürdüyü kreditini manatla əvəz edə bilər. Yəni dollarla götürülən borc manatla ifadə olunaraq yeni müqavilə hazırlanır və borcunuz dollarla deyil, manatla hesablanmağa başlayır.

Dollar krediti olanlara güzəşt edən banklar arasında "Bank of Baku" da var. Bu bank dollarla götürülən krediti birdəfəlik ödəmək istəyən müştələrə ödənişi 1,35 məzənnəsi ilə həyata keçirməyi təklif edib. Bank həmçinin gecikməyə görə hesablanmış cərimə faizlərini də silib.

Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov bir müddət öncə əhalinin dollarda olan kreditləri ilə bağlı məsələyə münasibət bildirərkən bankların əhaliyə güzəşt etməsini məqsədə uyğun olduğunu bildirmişdi.

Nazir hesab edirdi ki, banklar faizləri azaltmalı, ödəniş müddətini uzatmalıdır. S.Şərifov bu məsələdə Mərkəzi Bankın da banklara güzəşt edə biləcəyini vurğulamışdı.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...