Bolmə: Xəbərlər

Ermənilər yeni snayper tüfənglərini nümayiş etdiriblər



Ermənistan Xüsusi Təyinatlıları bir neçə gün əvvəl keçirdikləri təlimlərdə yeni snayper tüfənglərini nümayiş etdiriblər.Tüfənglər arasında Truvelo .50 və Accuracy İnternational AW snayperləridə olub.

Maraqlısı odur ki,bu snayper tüfənglərinin alınması heç bir BMT hesabatında göstərilməyib.Məhz Truvelo .50 və Accuracy İnternational AW snayper tüfəngləri Ermənistan tərəfindən 2-ci ölkələrdən alınıb.

Accuracy İnternational AW snayper tüfəngləri Birləşmiş krallıq tərəfindən istehsal olunur.Ancaq Birləşmiş Krallıq Ermənistana silah satmır.Ermənistan mənbələrinin qeyd etdiyi məlumata görə bu snayper tüfəngləri 2009-cu ildə Yunanıstandan alınıb.Elə həmin ildə Yunanıstan Ermənistana az miqdarda atıcı silah ixrac etdiyini açıqlamışdı.Ancaq silahların adı açıqlanmamışdı.

Truvelo .50 snayper tüfəngləri isə hələda müəmmalı olaraq qalır.Ona görə ki,tüfənglərin istehsalçısı olan Cənubi Afrika Respublikası Ermənistana silah satışını qadağan edib.Ermənistanın bu tüfəngləri 2-ci bir ölkədən alması ehtimal olunur.Ama tüfəngin istifadəçiləri hələlik tam məlum olmadığından bunu dəqiqləşdirmək mümkün olmur.

Hal-hazırda Ermənistan SQ-də ən aktiv istifadə olunan snayper Dragunov SVD-dir.Bundan əlavə Ermənistan Serbiyadan bir neçə il öncə Zastava M93 Cerna Strela tüfəngləridə almışdı.Ancaq Azərbaycanın Serbiyaya kredit verməsi qarşısında Serbiya Ermənistana silah satışını dayandırmışdı.Bundan əlavə Ermənistan son illərdə Rusiyadan 53 ədəd SV-98 tüfəngləridə alıb.2012-ci ildə isə Almaniya höküməti Ermənistan SQ-nə az sayda HK PSG1 snayperləridə bağışlayıb.

Məlumat üçün qeyd edək ki,Truvelo .50,Accuracy İnternational AW,M93 Cerna Strela snayperləri Azərbaycan SQ-də istidadə olunur.
Tarix: 10-06-2013, 19:14 Bölmə: Xəbərlər1260 Nəfər oxuyub
  • Beğenmedim
  • 0
  • Beğendim

   PAYLAŞ

  Celal Mir


Xəbərlər haqqında şərh yazın

Sizin adınız:
E-Mail adresiniz:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | Smile əlavə et =) Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Bu bölməyə aid digər xəbərlər

Erməni etirazçılar: Rusiya, Ermənistandan rədd ol!

Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırması ölkə vətəndaşlarının kütləvi narazılığına səbəb olub....
Bölmə: Siyasət

Şuşanın işğalından 21 il ötür

1992-ci il mayın 8-nə keçən gecə şəhər bir neçə saat intensiv artilleriya atəşinə tutulub, ardınca üç tərəfdən hücum başlayıb...
Bölmə: Xəbərlər

Bu xəbər erməniləri ruslara qarşı qaldırdı

Rus hərbi bazasındakı müəmmalı ölümlər Ermənistanda böyük ajiotaja səbəb olub...
Bölmə: Dünyadan

Türkiyədə bu şəhərin 90 faizi gizli ermənilərdir

"Biz Ermənistana ata vətən, Türkiyəyə ana vətən deyirik”...
Bölmə: Dünyadan

Ermənistan qazsız qalacaq

Gürcüstandan nəql olunan Rusiya qazının verilişi müvəqqəti olaraq dayandırılacaq...
Bölmə: Dünyadan

Ermənistandan Azərbaycana qaçan 2 erməni geri təhvil verilib

Karyan Durmuş Sarkisoviç və Arakelyan Anahid Hamazasovnanın təhvilverilmə prosesi bu gün baş tutub...
Bölmə: Xəbərlər

Avropa aviaşirkətləri İrəvana təyyarə reysini dayandırdı

Ermənistana reys təşkil etməkdən Britaniya, Latviya və Polşa aviaşirkətləri imtina ediblər...
Bölmə: Dünyadan
myWAP