"Oğlumu alnıaçıq şəkildə torpağa tapşırdım“ - ŞƏHİD ATASI

"Oğlumu alnıaçıq şəkildə torpağa tapşırdım“ - ŞƏHİD ATASISonuncu dəfə görüşəndə maşın almaq istədiyini dilə gətirdi. Biz razı olmadıq. Qorxurduq ki, qəzaya düşər. allah ona şəhidlik zirvəsini qismət etdi.

Avqustun 1-də Ağdamın Çıraqlı kəndi ərazisində gedən döyüşlərdə şəhid olan Qaryağdı Əhmədovun qardaşı İsa Əhmədov deyib.

Qaryağdı Əhmədov Tovuz rayonunda hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə yollanıb.

İsa Əhmədovun sözlərinə görə, qardaşı vətənə xidmət etmək istəyirdi: “Orduya öz istəyi ilə getdi. Heç kim də ona mane olmadı. Çox istiqanlı, zəhmətkeş, insan idi. Hər kəsə yardım etməyə çalışırdı. Onun haqda danışmaq mənə çox çətindi. Qardaş itkisi çox pis şeydi”.
İsa Əhmədovun sözlərinə görə, Qaryağdının ən böyük arzusu qardaşının uşaqlarının toyunu görmək olub: “Ən böyük istəyi mənim uşaqlarımın toyunu görmək idi. Qismət olmadı”.

Mərhumun atası Eldar Əhmədov oğlunun vətən yolunda şəhid olduğunu deyir: “1992-ci ilin iyulun 1-də anadan olmuşdu, avqustun 1-də dünyasını dəyişdi. 22 il 1 ay ömür sürdü. Qaryağdı evin sonbeşiyi idi. Onu şəhid verdim. Bu mənim üçün fəxrdir. Oğlumu alnıaçıq şəkildə torpağa tapşırdım. O bu vətən üçün şəhid oldu. Belə bir övlad böyütməyimlə fəxr edirəm. azərbaycanın bütün rayonlarından bura gəlirlər, dərdimizə şərik olurlar. Çox sağ olsunlar”.

“Onunla sonuncu dəfə görüşəndə öyüd-nəsihət verdik. Dedik, ehtiyatlı ol. O da cavabında bildirdi ki, şəhid ailəsi olsanız, fəxr edərsiniz”,- deyə Eldar Əhmədov xatırlayır.
Qaryağdının dostu Vüsal Nuriyev isə bunları söylədi: “Dost kimi heç vaxt öz köməyini əsirgəməzdi. Ölümə belə gedərdi. Heç nədən qorxan adam deyildi. Kimin problemi olardısa, çalışardı ki, kömək etsin”.

Onu da qeyd edək ki, şəhidin atası Eldar Əhmədova Müdafiə Nazirlinin nümayəndəsi polkovnik İslam Gəncəliyev tərəfindən medal təqdim edilib. Müdafiə naziri Zakir Həsənovun əmri ilə şəhid olan həbrçilərimiz “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...