Bolmə: Xəbərlər

Cinayətkar aləm yeni böyük müharibəyə hazırlaşır

 Cinayətkar aləm yeni böyük müharibəyə hazırlaşır
Rusiya hüquq-mühafizə orqanlarının əməliyyatçılarının əldə etdiyi məlumata görə “Şakro Molodoy”un İspaniyadan qayıtmasından sonra “Ded Xasan”ın tacı uğrunda qanlı mübarizə başlayacaq


Rusiya cinayətkar aləmi bir neçə ay davam edən sakitlikdən sonra yeni böyük müharibəyə hazırlaşır. Virtualaz.org saytı “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları daxil olub. Əməliyyatçılar bildirir ki, yeni müharibə “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun İspaniyadan qayıtmasından sonra başlayacaq. O, hazırda İspaniya həbsxanasındadır və bu ilin yazında azadlığa buraxılacaq.

Hazırda “Şakro Molodoy” cinayətkar aləmin kralı postuna “Ded Xasan”ın öldürülməsindən sonra 1 nömrəli namizəd hesab edilir. Lakin onun Moskvaya qayıtmaq planları slavyan qanqsterləri narahat edir. Hazırda slavyanlar cinayətkar aləmdə faktiki olaraq liderdir. Həmçinin yeni meydana çıxmış “vor zakon”lar mövqelərini möhkəmləndirir. “Şakro Molodoy” qayıdandan sonra belələrini “vor zakon” adından məhrum etməyə hazırlaşır.

Bildirilir ki, “Ded Xasan”ın öldürülməsində məşhur Azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin də daxil olduğu müxalif qruplaşmanın əlinin olduğu artıq dəqiqləşdirilib. İtaliya karabinerləri “Ded Xasan”ın öldürülməsi əməliyyatının necə planlaşdırıldığına dair səs yazılarına malikdir. Belə ki, Romada keçirilən “sxodka”da kriminal avtoritetlər Merab Canqvelidze və Tariel Oniani bu barədə qərar veriblər. İtaliya polisi onların Rusiya həbsanalarından birində cəza çəkən “vor zakon”la telefon danışıqlarını qeydə alıb. Həmin telefon danışığında “Ded Xasan”ın öldürülməsi barədə hökm verildiyi bildirilir.

Lakin “Ded Xasan”ın öldürülməsindən sonra müxalif qruplaşma heç nə uda bilməyib. Onun yerini dərhal yezidi kürdlər-yaxın qohumları tutub və “Ded Xasan”ın nüfuzundan istifadə edərək onlarla kriminala yeni “vor zakon” titulu veriblər. Daha sonra “Ded Xasan”ın tərəfdarları “sxodka”lar keçiriblər və opponentlərinin “vor zakon” adından məhrum edildiyi barədə həbsxanalara “ksiva”lar göndəriblər. Belə demək mümkündür ki, “Ded Xasan”ın düşmənləri onu aradan götürdükdən sonra öz mövqelərini möhkəmləndirə bilmədi və onların çoxu hazırda gizlənməyə məcburdur. O cümlədən “Rövşən lənkəranski”.

Əməliyyat məlumatlarına görə “Ded Xasan”ın düşmənləri əsasən Türkiyə və Yunanıstanda məskunlaşıb. Rusiya cinayətkar aləmində isə hakimiyyət uzun müddətdən sonra ilk dəfə qafqazlılardan slavyanlara keçib. Çox güman ki, bu hakimiyyət dəyişikliyində Rusiya xüsusi xidmət orqanlarının da rolu olub. Sayt qeyd edir ki, Soçi Olimpiadası ərəfəsində xüsusi xidmət orqanları kriminal aləmlə müvafiq iş aparıb. Fəallıq göstərən istənilən qafqazlı “vor zakon” ya ölkədən sürgün edilib, ya həbs olunub. Bununla belə “Şakro Molodoy”un qayıtması hər şeyi dəyişə bilər.

Məlumata görə Yeni İl ərəfəsində Rusiya hüquq-mühafizə orqanları İspaniyalı həmkarları ilə “Şakro Molodoy” barədə məsləhətləşmələr aparıblar. Qərara alınıb ki, o hər halda Moskvaya ekstradisiya olunsun. Birinci varianta əsasən “Şakro Molodoy”u qeyri-leqal miqrant kimi Rusiyaya deportasiya edəcəklər. İkinci varianta görə Rusiya onu təhvil verməyi istəyəcək. Hazırda Rusiyada Zaxari Kalaşovun adı keçən cinayət işləri təzələnir. Lakin Rusiya tərəfi şərt qoyub ki, Kalaşov Olimpiya oyunları tam başa çatandan sonra ekstradisiya olunsun. Kalaşov yarışların bitməsindən bir qədər tez həbsdən çıxacaq və belə görünür ki, ispanlar onu hansısa müddət ərzində deportasiya təcridxanasında saxlayacaqlar. Qayıdandan sonra isə onu kriminal aləmin kralı olmaq yolunda qanlı mübarizə gözləyir.. Mir.Az
Tarix: 5-01-2014, 17:19 Bölmə: Xəbərlər307 Nəfər oxuyub
  • Beğenmedim
  • 0
  • Beğendim

   PAYLAŞ

  Cahandar Sadiqzade


Xəbərlər haqqında şərh yazın

Sizin adınız:
E-Mail adresiniz:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | Smile əlavə et =) Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Bu bölməyə aid digər xəbərlər

Ded Xasanın killeri bəraət aldı

Kriminal aləmin xaç atası Ded Xasanın klanının killer qrupuna aid olduğu bildirilən Oleq Topolov məhkəmədə bəraət alıb....
Bölmə: Xəbərlər / Kriminal

Rusiyada polis qanuni oğruların yığıncağını yarımçıq kəsdi, 21 nəfər saxlanıldı

Arxangelski vilayətində daha bir sxodkaya polis basqını olub...
Bölmə: Xəbərlər / Kriminal

Məşhur qanuni oğru həbs edildi

Ukraynanın Kiyev şəhərində xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı yezidi kürdü olan qanuni oğru, 37 yaşlı Qadi Kolayan həbs edilib....
Bölmə: Xəbərlər / Kriminal

Putin Kalaşnikova hədiyyə verdi

Rusiya prezidenti silah yaradıcısının evinə gələrək, onun sağlamlığı ilə maraqlanıb...
Bölmə: Dünyadan

"Lotu Qoca" öldürüldü

İstanbulda 40 yaşlı azərbaycanlı “qanuni oğru” Əlibala Həmidov güllələnib....
Bölmə: Xəbərlər / Kriminal

Polisdən kriminal aləmə sarsıdıcı zərbə

“Ded Xasan”ın qardaşı oğlu və tanınmış “qanuni oğru”lar tutulub...
Bölmə: Xəbərlər / Kriminal

Ded Xasanın qatili ilə bağlı daha bir iddia

Ded Xasanın qatili ilə bağlı daha bir iddia...
Bölmə: Xəbərlər / Kriminal

Mağazanın soyuducusundan iki körpənin donmuş meyiti tapıldı

Rusiyanın Sverdlovsk vilayətinin hüquq-mühafizə orqanları dəhşətli cinayətlə bağlı araşdırma aparır...
Bölmə: Dünyadan

Azərbaycanlıların adı 5 milyonluq adam oğurluğunda hallanır

Rusiya Federasiyasının İstintaq Komitəsi Moskva ətrafında adam oğurluğu ilə bağlı məlumat yayıb...
Bölmə: Xəbərlər / Kriminal

Bakıda kriminal avtoritet tutulub

Rafiq Eyvazovda "Makarov" tipli tapança aşkar edilərək götürülüb...
Bölmə: Xəbərlər / Kriminal

“Qanuni oğrular" polisin hədəfində

Moskva polisi bir həmlə ilə 70 avtoriteti həbs etdi...
Bölmə: Xəbərlər / Kriminal

Ded Xasanın adamları niyə toplanır?

100-ə yaxın "qanuni oğru” BƏƏ-ə gedib...
Bölmə: Xəbərlər / Kriminal
myWAP