Azərbaycanda 500-ə yaxın insan başqasının orqanı ilə yaşayır

Azərbaycanda 500-ə yaxın insan başqasının orqanı ilə yaşayır
Ümumilikdə Azərbaycanda indiyədək 500-ə yaxın insana orqan köçürülüb.

Bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, donorların da sayı nəzərə alınarsa, indiyədək təxminən 1000-ə yaxın xəstə transplantasiya əməliyyatına məruz qalıb.

M.Kazımi qeyd edib ki, 2008-ci ildən bu günə qədər 107 qaraciyər, 346 böyrək transplantasiyası əməliyyatı icra edilib. Azərbaycanda transplantasiya edilənlər arasında uşaqlar olsa da, orta yaşlılar üstünlük təşkil edir.

M.Kazımi qeyd edib ki, qaraciyər transplantasiyası əməliyyatı olunanlar arasında ümumi ölüm göstəricisi 23,3 faizdir: “Amma onların bir çoxu əməliyyatdan 1, 3, 5 il sonra müəyyən səbəblərdən vəfat edib. Xəstələrimizin 11,6 faizi, yəni 12 nəfəri transplantasiya olunduqdan sonra xəstəxanada yatdığı müddətdə dünyasını dəyişib. Dünya statistikasına görə, qaraciyər transplantasiyasından sonra fəsadlaşma və ölüm göstəriciləri təxminən 20-30 faizdir. Azərbaycanda əməliyyatdan sonrakı ilk bir ildə ölüm faizi 11,6 faizdir”.

M.Kazımi qeyd edib ki, böyrək transplantasiyası olan adamlar arasında ölüm göstəricisi 4,7 faizdir. Onun sözlərinə görə, həmin şəxslərin də hamısı əməliyyatdan sonra dünyasını dəyişənlər deyil.

Şura üzvü əlavə edib ki, indiyədək böyrək transplantasiyası nəticəsində 15 nəfər dünyasını dəyişib: “Bir fakt göstərim. Böyrək transplantasiyası olmuş bir xəstəmiz əməliyyatdan bir neçə il sonra qohumunun toyunda rəqs etdiyi zaman infarktdan dünyasını dəyişib. Amma təəssüf ki, ictimaiyyət bunu “əməliyyat edildi, öldü” kimi qələmə verir. Orqan köçürülmüş insanlar hər zaman dünyasını həmin orqanda yaranan problemlərə görə dəyişmirlər. Onlar müxtəlif səbəblərdən dünyasını dəyişə bilirlər”.

M.Kazıminin sözlərinə görə, ən böyük uğurlardan biri 9 xəstənin qaraciyər və böyrək transplantasiyası olunduqdan sonra dünyaya övlad gətirməsidir: “Orqan çatışmazlığı olan xəstələrdə hormonal balansda da pozulma olur. Onlar nəsilartırma qabiliyyətlərini itirirlər. Amma orqan köçürüldükdən sonra bu qabiliyyətlərini yenidən əldə edirlər”.

Mənbə: Trend
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...