Filiallar bağlanıb, işçilər gedib... 117 milyon zərər edən “Unibank” bağlanır?

Filiallar bağlanıb, işçilər gedib... 117 milyon zərər edən “Unibank” bağlanır?

"Unibank" 2016-cı ilin nəticələrinə dair bu il auditdən keçmiş ikinci maliyyə hesabatını açıqlayıb. Hesabata görə, bankın investisiya və lizinq fəaliyyəti sahəsində işləyən iki törəmə şirkəti ilə birgə illik zərərləri 117 milyon manatdan çoxdur.



Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, bir il əvvəl isə maliyyə qrupu 70 milyon manata yaxın zərər etmişdi.

Son bir ildə bank təxminən 2 dəfə kiçilib. Onun aktivləri 1 milyard 15 milyondan 628 milyon manata düşüb. Səhmdarlara aid 56,5 milyon manatlıq ödənilmiş nizamnamə kapitalı olsa da, qrupun 121,8 milyon manat ödənilməmiş zərəri var.

Bankın və onun törəmələrinin aktivlərinin öhdəliklərinə olan nisbəti də ürəkaçan deyil. Borclar aktivlərdən 87 milyon manat çoxdur. Bu halda bankın xilas ediləcəyi yoxsa müflis ediləcəyi qeyri-müəyyən olaraq qalmaqdadır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iflas həddində olan bankları bir-bir açıqlaması və bankların ləğvi, birləşdirilməsi prosesi fonunda "Unibank”ın taleyinin necə olacağı da sual doğurur.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə,sözügedən bank onlarla filialı bağlanıb və işçilər ixtisar edilib. Bu gedişat "Unibank”ın gələcəkdə bağlanacağı təhlükəsi yaradır.

«Unibank» ASC-nin rəhbərliyi kapital çatışmazlığı məsələsin səhmdarlarla – Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) (15,15 faiz) və "Deutsche İnvestision und Entwiklungsgesellschaft GmbH" (DEG) (8,33 faiz) ilə müzakirə edib.

Hələ ötən ilin oktyabrında Müşahidə Şurası 50 milyon manat həcmində əlavə səhm buraxılışı haqda qərar qəbul edib.

Nəhayət, bu il iyunun 9-da AYİB və DEG müvafiq olaraq 14,5 milyon və 24,4 milyon manat həcmində səhmin alınması haqda bankla saziş bağlayıblar.

Banka nəzarət edən Eldar Qəribov da (səhmlərin 68,38 faizi ona məxsusdur) kapital artımında ən azı 10 milyon manatla iştirak edəcək. Əgər işlər uğurla gedərsə, bankın rəhbərliyi yaxın 12 ay ərzində likvidliyin təmin olunacağına ümid edir.

Adı son zamanlar vətəndaş narazılıqlarının əsas səbəbkarlarından biri kimi hallanan "UniBank”la bağlı da bağlanma qərarının verilməsi gözlənilir.

Mənbə: Azxeber.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...