Bu yolda piyada zolağı silindi, problem daha da artdı - VİDEO

 Bu yolda piyada zolağı silindi, problem daha da artdı - VİDEO

İyunun 28-də axşam saatlarında Bakının Xətai rayonu, Zığ şosesində 22 yaşlı Reyhan Məmmədovanın ölümü ilə nəticələnən qəzanın baş verdiyi piyada zolağı ləğv edilib.Dünən qəza baş verən yanacaqdoldurma məntəqəsinin qarşısındakı piyada zolağı pozulub və piyada keçidi yol hərəkət nişanı götürülüb



Piyada zolağının ləğv edilməsi təhlükəsizlik səbəbindən edildiyi deyilsə də, mövcuud problemi həll etmir.

Sakinlər deyir ki, onsuz bu yolda heç vaxt nə yerüstü, nə də yeraltı piyada keçidi olmayıb .Yolu keçmək üçün tək seçim piyada zolağı idi ki, artıq onu da ləğv ediblər.

Ekspertlər isə həmin yolda ümumiyyəətlə piyada zolağının çəkilməsinin düzgün olmadığını deyirlər. Çünki sürət yüksək olduğundan beynəlxalq praktikada bu cür yollarda ancaq yerüstü və yeraltı keçiddən istifadə olunur.

Məsələ ilə bağlı ölkə yollarında piyada zolaqlarını çəkilməsi ilə məşğul olan iki qurum "Azəravtoyol ''Açıq Səhimdar Cəmiyyəti'' və DYP-nin siqnal idarəsi ilə əlaqə saxladıq. Hər iki qurumdan bildirildi ki, bu məsələdən xəbərləri yoxdur. Onda belə bir sual ortaya çıxır. Hər iki qurumun xəbəri yoxdursa, bəs bu zolağı kim silib? Yəqin ki, elə hyəmin aidiyyəti qurumlar özləri bu suala cavab tapmalıdır.
Reklamları Keç » » » »
Hazırlanır zəhmət olmasa gözləyin.

Mənbə: xezerxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...