Lənkəranda təcili yardım həkimi döyülüb - VİDEO

 Lənkəranda təcili yardım həkimi döyülüb - VİDEO

Təcili yardım həkimini döyərək xəstəxanalıq ediblər. Tibbi maşına da ziyan vurublar.




Hadisə ötən axşam Lənkərandakı şadlıq saraylarından birinin həyətində baş verib. Toya gələn qonaqlardan biri, şəhər sakini 60 yaşlı Xeyrannisə Axundovanın halı qəfil pisləşıb. Qadına yardım göstərilməsi üçün qohumları təcili tibbi yardıma zəng ediblər. Lakin hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, 29 yaşlı Vüsal Həsənov xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən sarayın həyətində döyülüb.

Döyülən həkim Vüsal Həsənov kəllə-beyin travması alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. Lənkəran şəhər təcili təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi deyir ki, son zamanlar çağırışa gedən həkimlərə qarşı bu kimi aqressiv münasibətə çox rast gəlinir.

Xəstənin qohumları "Təcili yardım" maşınına da ziyan vurublar. Şadlıq sarayında halı pisləşən xəstə Xeyrannisə Axundova isə ürəktutmasından keçinib.

Faktla bağlı araşdırma aparılır.
Reklamları Keç » » » »
Hazırlanır zəhmət olmasa gözləyin.

Mənbə: xezerxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...