"Aprel hadisələrindən də ağır hadisələr baş verə bilər" — Hərbi ekspert

"Aprel hadisələrindən də ağır hadisələr baş verə bilər" — Hərbi ekspert

Azərbaycan təlimlər, ermənilər isə narahatçılıq keçirir.




"Aprel hadisələrindən də ağır hadisələr baş verə bilər" — Hərbi ekspert

17:10 SiyasətOxunma sayı:639A-AA+
Azərbaycan təlimlər, ermənilər isə narahatçılıq keçirir.

Son zamanlar Azərbaycan ordusunun keçirdiyi təlimlər erməni tərəfini narahat edir. Ermənistan Azərbaycanın müharibəyə hazırlaşdığını iddia edir. Hətta təlimlərin bəhanə olduğunu, təlim adı altında cəbhə bölgəsinə əsgər və silah, sursat yığıldığını iddia edirlər.

Azərbaycan tərəfinin təlimləri və ermənilərin narahatçılığı barədə hərbi ekspert Üzeyir Cəfərov "Ölkə.Az"-a danışıb:

"Azərbaycan əsla gizlətməyib ki, ordunu ölkə suverenliyinin təmini üçün hazırlayırıq. Ölkə rəhbərliyi nə zaman qərar verəcəksə, o vaxt da silahlı qüvvələr üzərinə düşən missiyanı yerinə yetirəcək. Erməniyə, rusa fikir verməməliyik.

Ermənistan beynəlxalq hüquq normalarını pozub, Rusiya isə ona havadarlıq edir. Azərbaycan tərəfi heç kimdən çəkinməməli və heç kimdən icazə almamalıdır. Azərbaycan tərəfi öz təlimlərini keçirməlidir və keçirir də. Təlimlərin miqyası gələn il daha da genişlənəcək. Hətta ola bilər ki, ordu təlimi döyüşdə keçsin.

Təlimlərin real döyüşlərə çevrilməsinə gəldikdə isə, hərbi ekspert bildirdi ki, bu ermənilərin özünü aparmasından asılıdır:

"Azərbaycan Ermənistanın nazı ilə çox da oynayan deyil. Aprel hadisələrindən də ağır hadisələr baş verə bilər. Bunu ermənilər də, ruslar da gözəl bilirlər".

Cəbhə xəttində gərginliyə gəldikdə isə Üzeyir Cəfərov bu gərginlyin səbəbkarlarının Ermənistan və ATƏT olduğunu qeyd etdi.

Mənbə: Ölkə.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...