Bakıda mənzil qiymətləri dəyişdi

Bakıda mənzil qiymətləri dəyişdi

Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə artım müşahidə olunub.



Trend xəbər verir ki, belə bir açıqlama ilə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov çıxış edib.

O bildirib ki, may ayında təkrar mənzil bazarındakı qiymətlərdə 3,81 faiz artım qeydə alınıb. İl ərzində isə qiymət artımı 6,73 faiz təşkil edib.

N.İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında da ötən ay qiymətlər artıb. Bu artım 5,4 faiz təşkil edir: “İl ərzində isə ilkin mənzil bazarında 23,66 faiz artım qeydə alınıb”.

Ekspert bildirib ki, yaz aylarında, adətən, daşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur: “Ancaq yay aylarında qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır”.

Mənbə: bizimyol.info
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...